Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-126/2021 03.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, «Qafqazenerqoservis» şirkətinə məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən “Qafqazenerqoservis” şirkətindən iddiaçı “xxxx” MMC-nin xeyrinə 250000 manat məbləğində pul ödənilməsi qət olunmuşdur. Abşeron rayon Məhkəməsinin 8(012)-510/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə Borclu “Qafqazenerqoservis” şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hilal Nəöcəfovun borcluya məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hilal Nəcəfov təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-42/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən “Qafqazenerqoservis” şirkətindən iddiaçı “xxxx” MMC-nin xeyrinə 250000 manat məbləğində pul ödənilməsi qət olunmuşdur. xx.xx.2018-ci il tarixdə Abşeron rayon Məhkəməsinin 2(012)-924/2014 saylı, tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, tələbin könüllü qaydada təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə əmrinin icrası könüllü müddət ərzində borclu tərəfindən təmin edilmədiyi üçün, məcburi icra hərəkətlərinə başlanılmışdır. Görülmüş icra tədbirləri nəticəsində “Qafqazenerqoservis” şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi aşkar edilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə borclu “Qafqazenerqoservis” şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi üzərinə həbs qoyulması üçün təqdimatla Abşeron rayon məhkəməsinə göndərilmiş və Abşeron rayon məhkəməsinin 8(012)-510/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə həmin torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. Həmin torpaq sahəsi “X2 Mərkəzinin” MMC-nin YP №-050 saylı, xx.xx.2020-ci il tarixli protokoluna əsasən açıq hərracda 28000 manata X1. Beləki, X3 rayon icra və probasiya şöbəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsi ilə borcun ödənilməsi məqsədilə həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə razılıq vermiş, ödəniş qəbzlərini şöbəyə təqdim etmiş və torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün həbsin götürülməsi məqsədilə məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq, Abşeron rayon məhkəməsinin 8(012)- 510/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən üzərinə həbs qoyulmuş torpaq sahəsinin üzərindən həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə digər tərəf səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimata əlavə olunmuş “X2 Mərkəzinin” MMC-nin YP №-050 saylı, xx.xx.2020-ci il tarixli Satış Protokolundan və ödəniş qəbzlərindən görünür ki, “Qafqazenerqoservis” şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi X4 28000 (iyirmi səkkiz min) manata satılmış və X6 tərəfindən həmin məbləğ Abşeron rayon İcra və Probasiya Şöbəsinin hesabına ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 44.1-ci maddəsinə əsasən, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.2-ci maddəsinə əsasən Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimatdan və təqdimata əlavə olunmuş ərizənin surətindən göründüyü kimi, “X2 Mərkəzinin” MMC-nin YP №-050 saylı, xx.xx.2020-ci il tarixli Satış Protokolundan görünür ki, “Qafqazenerqoservis” şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi X4 28000 (iyirmi səkkiz min) manata satılmış, X3 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək, borcun ödənilməsi məqsədilə həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsinə razılıq vermiş, ödəniş qəbzlərini şöbəyə təqdim etmiş və torpaq sahəsinin onun adına rəsmiləşdirilməsi üçün həbsin götürülməsi məqsədilə məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki Abşeron rayon İcra Şöbəsinin icra məmuru Hilal Nəcəfovun təqdimatı əsaslı olduğundan təmin edilməli, “Qafqazenerqoservis” şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi üzərində həbsin saxlanılmasına artıq zərurət olmadığından torpaq sahəsi üzərindən həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Abşeron rayon İcra Şöbəsinin icra məmuru Hilal Nəcəfovun təqdimatı təmin edilsin. “Qafqazenerqoservis” şirkətinin mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.35 ha torpaq sahəsi üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-126/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-126/2021
03.02.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver