Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-127/2022 25.02.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, X3 «qətnamənin hissə-hissə icra edilməsi» barədə ərizəsinə Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X7 «qətnamənin hissə-hissə icra edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apelyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli qərarının ayda 300 manat olmaqla, hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X7 ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli qərarına əsasən ondan 45000 manat pul vəsaitinin tutularaq iddiaçı X5 xeyrinə ödənilməlidir. O, həmin qətnamə üzrə tutulmalı məbləği ödəməkdən boyun qaçırmır, amma buna maddi imkanı çatmır. Hazırda heç bir yerdə işləmir və yalnız günəmuzd fəhləliklə məşğul olur. Qeyd edir ki, o həmin borcdan qohumlardan borca götürdüyü 3000 manat pulu iddiaçıya ödəmişdir. Onun maddi vəziyyətinin aşağı olmasını və himayəsində uşaqlarının olduğunu nəzərə alaraq, ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli, 2(103)-42/2020 saylı icra vərəqəsindən görünür ki, mənəvi zərərə görə cavabdeh "xxxx" MTK-dan 1000 manat məbləğində pul vəsaitinin iddiaçı X10 xeyrinə tutulması, Bakı şəhəri, Yasamal rayonu, M.Xiyabani küçəsində "xxxx" MTK-nın tikilməkdə olan binasının 1-ci girişi, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 106,50 kv.m olan 2 otaqlı, 4 saylı mənzilinə dair "xxxx" MTK ilə X14 arasında bağlanmış 12.08.2012-ci il tarixli “yaşayış binasında mənzil tikintisi haqqında” müqavilə və maliyyə arayışı 4 saylı mənzilə (aid olan hissədə) münasibətdə etibarsız hesab edilməsi, X9 45000 manat pul, X1 isə 7772 manat məbləğində pul vəsaitinin alınaraq X6 verilməsi, mənzilin X8 tərəfindən X2 təhvil verilməsi ilə təmir xərclərinin X6 ödəməsi eyni vaxtda həyata keçirilməsinin təmin edilməsi, iş üzrə məhkəmə məsrəfi olan 288 manat 25 qəpik və 173 manat, ümumilikdə 461 manat 25 qəpik X9, 100 manat məbləğində ekspertiza xərcinin 32 manat 80 qəpiyi X1, qalan 67 manat 20 qəpiyi X4 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manatın "xxxx" MTK-dan alınaraq Azərbaycan Rsepublikası Ədliyyə azirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Məhkəmə ərizəni tədqiq edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, X3 «qətnamənin hissə-hissə icra edilməsi» barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Hazırki iş üzrə ərizəçi iş materiallarına Bakı Apelyasiya Məhkəməsinin 27.01.2020-ci il tarixli, 2(103)-42/2020 saylı icra vərəqəsini əlavə etmiş, lakin işə birinci instansiya məhkəməsinin qətnaməsini əlavə etməmişdir. Odur ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə istinad edərək məhkəmə hesab edir ki, hazırki ərizəyə birincisi instansiya məhkəməsi üzrə işə baxmış məhkəmənin ərazi yurisdiksiyası üzrə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 152.1.3-cü maddəsinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və X3 «qətnamənin hissə-hissə icra edilməsi» barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X3 «qətnamənin hissə-hissə icra edilməsi» barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakimi: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-127/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-127/2022
25.02.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver