Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-128/2025 07.07.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar X7 məxsus "xxxx" Şirkətinin vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarından tələbkar X7 məxsus "xxxx" Şirkətinin direktoru Hasan Haykıran tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1525/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı X7 məxsus "xxxx" Şirkətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və cavabdeh Borclu 80 manat məbləğində dövlət rüsumuna görə pulun tutularaq iddiaçı X7 məxsus "xxxx" Şirkətinə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən Abşeron Rayon Məhkəməsinin 2(012)-1525/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədi üzrə Borclu ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması göstərilmişdir. Tələbkar X7 məxsus "xxxx" Şirkətinin direktoru Hasan Haykıran həmin qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru Nümayəndə xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarının ləğv edilməsini xahiş etmişdir. Tələbkar X7 məxsus "xxxx" Şirkətinin direktoru Hasan Haykıran şikayəti belə əsaslandırmışdır ki, iddiaçı X7 məxsus "xxxx" Şirkəti cavabdeh Borclu qarşı iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Borclu əşyaları ilə birlikdə mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzildən çıxarılması, mənzilin təhvil verilməsi və vurulmuş 4000 (dörd min) manat məbləğində maddi ziyanın cavadehdən iddiaçının xeyirinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1525/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı X7 məxsus "xxxx" Şirkətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və cavabdeh Borclu 80 manat məbləğində dövlət rüsumuna görə pulun tutularaq iddiaçı X7 məxsus "xxxx" Şirkətinə ödənilməsi qət edilmişdir. Sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, Maraqlı şəxs icra məmuru Nümayəndə tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmişdir. İcra sənədinin məcburi icrası xx.xx.2025-ci il tarixdə, saat 11:00-a təyin edilmişdir. Tələbkar "xxxx" Şirkəti tərəfindən Maraqlı şəxsnə xx.xx.2025ci il tarixli ərizə ünvanlanaraq Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)- 1525/2023 saylı qətnaməsinin izah olunması üçün aidiyyəti məhkəməyə müraciət edilməsi və icra sənədi üzrə icraatın dayandırılması xahiş edilmişdir. Ərizədə göstərilmişdir ki, tələbkar şirkətin əldə etdiyi şifahi məlumata əsasən, Borclu icra sənədinin icrasına süni şəkildə maneə yaratmaq üçün adları tələbkara məlum olmayan digər şəxsləri qanunsuz olaraq şirkətə məxsus olan Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzilə yerləşdirmişdir. Faktiki olaraq mənzildə borclu ilə yanaşı digər şəxslərin də olması, icra sənədində isə yalnız borclunun mənzildən çıxarılmalı olmasının göstərilməsi, tələbkar şirkətə məxsus olan mənzilin qanunsuz sahiblikdən geri alınaraq mülkiyyətçiyə təhvilini ehtiva edən icra sənədinin icrasını qeyri-mümkün edə bilər. İşə məhkəmədə baxılarkən təqdim edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 2 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsinin xx.xx.2023-cü il tarixli 668 saylı arayışından da görünür ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********23-05101-093029 reyestr nömrəli çıxarış əsasında şirkətin xüsusi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, 12 saylı evin 36 saylı mənzilində Borclu qeydiyyatsız yaşayır. İş materiallarında olan polisin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə də həmin mənzildə Borclu yaşadığını öz təsdiqini tapmışdır. Bundan əlavə, tələbkar, iddia tələbində “mənzildən çıxarılma” ilə yanaşı “mənzilin təhvil verilməsi”ni qeyd etməklə, xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan mənzilin qanunsuz sahiblikdən alınaraq ona təhvil verilməsini, həmin mənzildən maneəsiz istifadə etmək, mənzil üzərində sərbəst sərəncam vermək üçün hüquqi şəraitin yaradılması ilə bağlı istəyini (tələbini) bildirmişdir. Həmin hissədə iddia təmin edilsə də, məhkəmə qətnaməsinin nəticə hissəsində yalnız “mənzildən çıxarılma” göstərilmişdir. İddia tələbinin təmin edilməyən hissəsi isə vurulmuş maddi ziyanla bağlı olmuşdur. Yuxarıda qeyd edilənlərə istinadən hesab edirik ki, icra sənədində göstərilmiş tələbin aydınlaşdırılması və dəqiq icra edilməsi baxımından icra məmuru tərəfindən müraciət edilərək sözügedən məhkəmə qətnaməsinə izah alınmalı, qətnamənin “cavabdeh Borclu iddiaçı X7 məxsus "xxxx" Şirkətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması” ilə bağlı nəticə hissəsinin cavabdeh Borclu ilə yanaşı həmin mənzili qanunsuz olaraq zəbt etmiş digər şəxslərin də öz şəxsi əşyaları ilə birgə mənzildən çıxarılmalarını, nəticə etibarı ilə iddiaçı şirkətin təmin edilən iddiasının əsl mahiyyətinə və güddüyü məqsədə müvafiq olaraq mənzilin qanunsuz sahiblikdən geri alınaraq boşaldılmış şəkildə mülkiyyətçiyə təhvil verilməsini ehtiva etməsi ətraflı və müfəssəl göstərilməlidir. Mənzildən çıxarılmaya dair iddianı təmin edərkən məhkəmənin hüquqi əsaslandırmasını əsasən bu cür olmuşdur: “İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən cavabdehin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə mənzil üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq Məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyrimümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, xx.xx.1996, § İİ, B, h63.) Beləliklə, Məhkəmə qeyd etdi ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər”. Qeyd olunan əsaslandırmadan da aydın olur ki, həmin hissədə iddianı təmin edərkən məhkəmənin məqsədi mülkiyyətçi şirkətin pozulmuş mülkiyyət hüququnu bərpa etmək, öz mülkiyyətindən maneəsiz istifadəni təmin etmək olmuşdur. İcra qurumu tərəfindən ərizəyə hər hansı münasibət bildirilməmişdir. Tələbkar tərəfin etibarnamə üzrə nümayəndəsinin icra sənədinin icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixdə, saat 11:00-da icra yerində olmasına baxmayaraq, icra sənədi tam şəkildə icra edilməmiş, icra sənədi üzrə mənzil tələbkara təhvil verilməmişdir. Həmin tarixdə tərtib edilən və hazırki şikayətə əlavə edilən Aktın məzmunundan da görünür ki, mənzildə icra sənədi üzrə Borclu ilə yanaşı icra məmurunun şəxsiyyətini belə müəyyən edə bilmədiyi digər şəxslər yaşayır. İcra məmuru isə həmin an üçün formal olaraq Borclu könüllü mənzildən çıxdığını, bununla da icra sənədinin tam şəkildə icra edildiyini akta qeyd edərək icra yerini tərk etmiş, xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərar qəbul etmişdir. Bununla da məhkəmə qərarını düzgün icra etməmişdir. Qeyd olunanlardan da göründüyü kimi icra sənədi üzrə tələbkar "xxxx" Şirkəti, mülkiyyətçi qismində pozulmuş konstitusion mülkiyyət hüququnun bərpası ilə əlaqədar məhkəməyə müraciət etmiş, tam mülkiyyət hüququ ilə ona məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzilin ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hal, sözügedən mənzilin mülkiyyətçinin iradəsindən kənar qanunsuz sahiblikdə olması olmuşdur. Hüquqlarına dövlət tərəfindən təminat verilən mülkiyyətçinin bu cür iddia qaldırarkən qanuni gözləntisi mənzilə hər hansı maneə olmadan sahiblənmək, ondan arzu etdiyi şəkildə istifadə etmək və həmin mənzil üzərində hər hansı məhdudiyyət olmadan sərəncam vermək olmuşdur. İndiki halda isə icra vərəqəsini icra edən icra məmuru məhkəmə qərarının nəticə hissəsində yazılanlara formal və hərfi mənadan yanaşaraq, mənzildən yalnız Borclu çıxararaq icra sənədini tam şəkildə icra etdiyini, bu səbəbdən icra işinə xitam verməli olduğunu bildirmişdir. Halbuki icra məmurunun bu cür hərəkəti, qanuni qüvvəsini almış və qeyd edilən qanuni gözləntinin realizəsini ehtiva edən məhkəmə qərarının icrası kimi hesab edilə bilməz. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. Məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrasına dair mövqeyinə görə, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir (Hornsbi Yunanıstana qarşı iş üzrə 19 mart 1997-ci il tarixli Qərar). Məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədyindən çoxunu yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Sözügedən iş üzrə isə iddiaçı "xxxx" Şirkətinin iddia ərizəsinin məzmunu və iradə ifadəsinin həqiqi mənası, artıq yuxarıda qeyd edildiyi kimi mənzil üzərində bütövlükdə mülkiyyət hüququnu ehtiva edən istifadə, sahiblik və sərəncam hüquqlarını həyata keçirmək hüquqi imkanının yaradılması, mənzili qanunsuz zəbt edənlərdən (tək olduğu halda şəxsdən, cüt və ya daha çox olduqda isə şəxslərdən) boşaldılmış şəkildə geri almaq olmuşdur. İddiaçının iddia tələbinin “mənzildən çıxarılma”ya dair hissəsini təmin edən Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(012)-1525/2023 saylı qətnaməsinin nəticə hissəsinə də məhz həmin aspektdən yanaşılmalı, məhkəmə qətnaməsi nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, qətnamənin ümumi məzmunu əsas götürülməklə həmin hissədə iddiaçının tanınan və müstəsna hüquqlara aid olan mülkiyyət hüququnun bərpasına yönəlmiş qaydada, tam və doğru şəkildə icra edilməlidir. İddiaçının “mənzildən çıxarılma və həmin mənzilin təhvili” ilə bağlı iddiasının predmetini mənzil üzərində subyektiv mülkiyyət hüququ təşkil edir. İddianın obyekti isə iddiaçının subyektiv hüququna dayanaraq əldə etməyə çalışdığı maddi nemət - mənzildir. İddianın faktiki əsası iddiaçının həmin mənzil üzərində mülkiyyət hüquqlarının pozulması faktından ibarət olmuşdur. Həmin hissədə iddia tələbi təmin edilirsə, bu zaman məhkəmə qərarının tam şəkildə icra edilməsi üçün iddiaçının (tələbkarın) sözügedən mənzil üzərində mülkiyyət hüququ (maneəsiz istifadə, sahiblik, sərəncam vermək) bərpa edilməklə mənzilin ona verilməsi mütləqdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 27 avqust 2012-ci il tarixli Qərarında iddianın predmetinin, əsasının, hüquqi əsasının, apellyasiya instansiyası məhkəməsində “yeni tələb” və “qarşılıqlı iddia tələbi” anlayışları açıqlanmışdır. Qərarda göstərilmişdir ki, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddiaçı məhkəmədən hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. Qeyd edilənlərə əsasən o, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar X7 məxsus "xxxx" Şirkətinin vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında şikayət ərizəsində qeyd edilənləri təsdiq edərək bildirdi ki, təmsil etdiyi "xxxx" Şirkətinə məxsus əmlak, uzun müddətdir ki, Borclu tərəfindən qanunsuz olaraq zəbt olunmuşdur. Borclu iddia edir ki, yaşadığı ev şirkətin mülkiyyətində olan və icra sənədində qeyd edilmiş ev deyildir. Onlar vaxtilə məhkəməyə şikayət etmiş, rayon məhkəməsi onların xeyrinə qərar qəbul etmişdir. Daha sonra Borclu sözügedən qərardan apellyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən Borclu mənzildən çıxarılması barədə qərar qəbul edilmişdir. İcra məmuru ilə birlikdə mənzilə yerli baxış keçirilmiş, baxış zamanı mənzildə başqa şəxslərin də yaşadığı müəyyən edilmişdir. Borclu mənzildən çıxarılması barədə müvafiq qərar qəbul edilsə də icra məmuru sözügedən icra sənədini icra etməmiş, əvəzinə icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Odur ki, göstərilənlər əsasında o, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından tələbkar X7 məxsus "xxxx" Şirkətinin direktoru Hasan Haykıran tərəfindən verilmiş şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1525/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı X7 məxsus "xxxx" Şirkətinə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə, ev 12 ünvanında yerləşən 36 saylı mənzildən əşyaları ilə birlikdə çıxarılması və cavabdeh Borclu 80 manat məbləğində dövlət rüsumuna görə pulun tutularaq iddiaçı X7 məxsus "xxxx" Şirkətinə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ilə “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci və 20.2-ci maddələrinə əsasən sözügedən qətnamə əsasında verilmiş icra sənədinə xitam verilmiş və əsas kimi icra sənədi üzrə Borclu ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılması göstərilmişdir. Lakin iş materiallarında olan Maraqlı şəxs icra məmurları Nümayəndə və X5, icra sənədi üzrə Borclu, icra sənədi üzrə tələbkar X7 məxsus "xxxx" Şirkətinin etibarnamə üzrə nümayəndəsi X4, FHN-nin Abşeron rayon DYMH yanğınsöndürmə növbəsinin rəisi X6 və Abşeron rayon 4 saylı Ərazi İdarəsinin mühəndisi X1 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktın surətindən göründüyü kimi mənzilə baxış zamanı digər şəxslərin olması aşkar olunmuş, həmin şəxslərin kim olması barədə sual verildikdə şəxsiyyəti barədə məlumat verməkdən imtina edildiyi, həmin şəxslərin sözügedən mənzildə yaşadıqlarını bildirdikləri, Borclu mənzildə əşyalarını əvvəlcədən çıxardığını və digər əşyaların ona aid olmadığını bildirdiyi, borclunun sözügedən mənzildən könüllü şəkildə çıxdığı və icra sənədinin tam şəkildə icra edilmiş hesab edildiyi qeyd edilmişdir. İcra məmuru bununla kifayətlənərək icra sənədinin tam icra olunduğu qənaətinə gələrək akt tərtib etmiş, icra sənədi üzrə icraata xitam olunması barədə qərar qəbul etmişdir. Lakin tələbkarın izahatından da göründüyü kimi mənzildə başqa şəxslərin yaşadığı məlum olmuş, belə olan halda həmin şəxslərin Borclu ilə birgə yaşaması öz təsdiqini tapmışdır. Belə ki, icra məmurunun aktda qeyd etdiklərindən məlum olur ki, icra məmuru mənzilə daxil olarkən borcluya məxsus əşyaların həmin mənzildən tam olaraq çıxarılmasını yoxlamamış, borclunun sözlərinə uyğun olaraq əşyaların çıxarılması qənaətinə gəlmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, icra məmuru akt tərtib edərkən həmin mənzildə yaşayan şəxslər haqqında məlumatları aktda əks etdirməli, aktın doğruluğuna şübhə gətirən halları aradan qaldırmalı olsa da bunu etməmişdir. Həmçinin şikayət verən tələbkar şikayətində Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-1525/2023 saylı qətnaməsində olan anlaşılmazlıqla bağlı məhkəməyə müraciət etmək hüquqlarından istifadə edəcəklərini bildirmiş, lakin icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi onların bu hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, icra məmuru qanunsuz olaraq icra sənədinin icraatına xitam verdiyindən və Maraqlı şəxs “icraata xitam verilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərarından verilmiş şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2025-ci il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1525/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2025-ci il tarixli “icraata xitam verilməsi haqqında” qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1525/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-128/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-128/2025
07.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver