Məhkəmə qərarları › İş №8(012)-129/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-129/2022

11.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-129/2022 11.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-143/2021 nömrəli, 15.10.2021-ci il tarixli icra sənədinə əsasən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 13.10.2016-cı il tarixli RX seriyalı ******* saylı çıxarışa əsasən Tələbkar adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 39 saylı reyestr kitabının 6 saylı vərəqində ********** qeydiyyat nömrəsi, **********70 reyestr nömrəsi ilə qeydiyyata alınmış, cavabdeh Borclu tərəfindən zəbt edilmiş Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.05 ha torpaq sahəsi ilkin vəziyyətə qaytarılmaqla və cavabdeh tərəfindən hasarlanmış mişar daş onun hesabına sökülməklə iddiaçıya geri qaytarılmalı, aparılmış ekspertiza tədqiqatına görə 100 manat pul vəsaitinin 50 manat hissəsi iddiaçı Tələbkar, 50 manat hissəsi cavabdeh Borclu tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, HesabAZ34CTRE********************) ödənilməlidir. 24.02.2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 143/2021 nömrəli, 15.10.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar iş üzrə Borclu 26.01.2022-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildirişə əlavə edilmiş icraata başlamaq haqqında qərar göndərilmişdir. 15.02.2022-ci il tarixdə Borclu ünvanına rəsmi xəbərdarlıq göndərilmişdir. Ona görə də Abşeron rayon Məhkəməsinin 2(012)-143/2021 nömrəli, 15.10.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədəmüvafiqdir. Ona görə də Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Gülüstan küçəsi, 4-cü döngə, ev 4A-da yaşayan Borclu barəsində, onun Abşeron rayon İcra və Probasiya şöbəsinə həftənin iş günlərində, iş saatlarında yəni, saat 09:00-dan 18:00-dək vaxt müddəti ərzində məcburi gətirilmə tədbirinin tətbiq olunması və həmin tədbirin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. İcra orqanı təqdimata icraata başlamaq haqqında qərarın və bildirişin surətini əlavə etsə də, bildirişin borcluya çatması barədə və digər aparılmış zəruri icra tədbirləri barədə sənədlərini məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə qərar qəbul edərkən icra məmurunun təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar