Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-132/2024 14.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan eynur qızının katibliyi ilə, Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu tərəfindən 1028 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin borcluya məxsus əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4428/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu tərəfindən 1028 manat məbləğində pul vəsaiti tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya şəxsən təqdim edilmişdir. Lakin borclu hazırkı günədək icra sənədini icra etməmişdir. Həmçinin borclunun istifadəsində olan bütün nömrələrə “SMS” bildiriş göndərilsə də, borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində “NİSSAN X-TRAİL” minik markalı, 99- BO-698 dqn-lı avtomobilin olması müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsini rəhbər tutaraq, yuxarıda qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində “NİSSAN X- TRAİL” minik markalı, **-BO-*** dqn-lı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş olunmuşdur. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin, tələbkarın və borclunun iştirakı olmadan keçirilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi xx.xx.2024-cü il tarixində məhkəməyə ərizə ünvanlayaraq Abşeron Rayon Məhkəməsinin 2(012)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xx.xx.2024-cü il tarixdə xitam verildiyi təqdimatın baxılmadan geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat geri qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Abşeron rayon İcra və Probasiya şöbəsinin məhkəməyə ünvanlandığı xx.xx.2024cü il tarixli ərizədən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsi üzrə icraata xx.xx.2024-cü il tarixdə xitam verildiyi təqdimatın baxılmadan geri qaytarılması məhkəmədən xahiş olunmuşdur. Ərizəyə əlavə olunmuş "xxxx" MMC tərəfindən Abşeron rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizənin surətindən görünür ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə (borcun tam bağlandığından) “İcra Haqqında” AR Qanununun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdimat və təqdimata əlavə olunmuş sənədləri araşdıraraq müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4428/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, icra sənədi üzrə Borclu "xxxx" MMC-yə ödənilməsi nəzərdə tutulan 1028 manat pul vəsaitinin tutulmasının təmin edilməsi məqsədilə borclunun mülkiyyətində olan nəqliyyat vasitəsinin üzərinə həbsin qoyulması məhkəmədən xahiş olunmuşdur. Hazırda, Abşeron rayon İcra və Probasiya şöbəsinin məhkəməyə ünvanlandığı ərizədən görünür ki, Borclu tərəfindən "xxxx" MMC-yə ödəməli olduğu borc məbləği tam olaraq ödənildiyindən, nəticədə, borclunun əmlakının üzərinə həbsin qoyulmasına zərurət qalmadığından məhkəmə təqdimat və ona əlavə olunmuş sənədlərin geri qaytarılması qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 427.1. maddəsinə əsasən, şikayəti, ərizəni və ya protesti vermiş şəxs onu geri götürmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-132/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-132/2024
14.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver