Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-138/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Tələbkar LPO "xxxx" ASC tərəfindən Maraqlı şəxs böyük icra məmuru Cəlal Səfərlinin “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayətə məhkəmə iclasında baxaraq müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1366/2016 saylı icra sənədinə əsasən iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış 80004883 saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 10428,71 ABŞ dolları məbləğində əsas borc, 1602,56 ABŞ dolları faiz borcu, 123,08 ABŞ dolları cərimə borcu, cəmi 12154,35 ABŞ dolları məbləğində pulun ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu əvəzinin X4, X8 və X1 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına köçürülməsi qət edilmişdir. Maraqlı şəxs böyük icra məmuru Cəlal Səfərlinin xx.xx.2023-cü il tarixli qərarı ilə borcluların adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara göndərilmiş sorğular nəticəsində onların mülkiyyətində heç bir əmlak aşkar edilmədiyindən, həmçinin borclular X4, X8 və X2 yaşadıqları mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilərkən tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadığından Abşeron Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli, 2(012)-1366/2016 saylı icra sənədinin Abşeron Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Tələbkar LPO "xxxx" ASC həmin qərardan şikayət verərək, Maraqlı şəxs böyük icra məmuru Cəlal Səfərli tərəfindən qəbul edilmiş “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1366/2016 saylı icra sənədinin yenidən icraya yönəldilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar LPO "xxxx" ASC şikayətini onunla əsaslandırdı ki, Maraqlı şəxs böyük icra məmuru Cəlal Səfərli xx.xx.2023-cü il tarixində Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)- 1366/2016 saylı “icra sənədinin qaytarılması haqqında” qərar qəbul etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirlər ki, Maraqlı şəxs böyük icra məmuru Cəlal Səfərlinin qərarı qanunsuzdur. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1366/2016 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən cavabdehlər Hüseynova (Muradova) Umxanım Mirzəhəsən qızı, X8 və X3 cəmi 12154,35 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat ödənilmiş dövlət rüsumunun tələbkar "xxxx" ASC-nin xeyrinə tutulması qərara alınmışdır. İcra sənədinin icra vəziyyəti ilə bağlı icra şöbəsinə verilmiş sorğu nəticəsində məlum olmuşdur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1366/2016 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən geri qaytarılmışdır. İcra məmuru sözügedən qərarı qəbul edən zaman sadəcə olaraq borclu şəxslərin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımı atmamışdır. Həmçinin icraat dövründə borclu şəxslərdən icra sənədinin icrasına münasibətin öyrənilməsi məqsədi ilə izahat alınmamış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yetirməyən borclu şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borcluların gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnəcəyini nəzərə alaraq borcluların ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etməmişdir. Göründüyü kimi Maraqlı şəxs böyük icra məmuru Cəlal Səfərli “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə istinad edərək icra sənədinin qaytarılması haqqında qərar qəbul edərkən səhv qənaətə gəlmişdir. Sadəcə olaraq icra məmuru sözügedən qərarı qəbul etməklə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmişdir. “Banklar haqqında” AR Qanununun 82.1.2-ci və 82.1.3-cü maddələrinə əsasən müflis elan olunmuş bankın aktivləri ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqres hüququ üzrə tələblərinə yönəldildiyindən sözügedən icra sənədi tələbin təmin olunmaması Fondun ləğv prosesində olan "xxxx" ASC qarşısında reqres hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla külli miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən bank sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət belə gedə bilməz. Qeyd olunanlara əsasən hesab edirlər ki, Maraqlı şəxs böyük icra məmuru Cəlal Səfərlinin xx.xx.2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1366/2016 saylı “icra sənədinin qaytarılması haqqında” qərarı ləğv edilməlidir. Qeyd olunanlara əsasən, o, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və iş üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, icra məmuru sözügedən icra sənədinin geri qaytarılmasına əsas kimi borcluların adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıbalmaması barədə aidiyyəti orqan və təşkilatlara göndərilmiş sorğulara cavab olaraq onların mülkiyyətində heç bir əmlakın aşkar edilməməsi, həmçinin borcluların yaşadıqları mənzilə əmlak siyahıya alınması məqsədilə baxış keçirilərkən tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlakın aşkar olunmaması göstərilmişdir. Lakin məhkəmə qeyd edir ki, “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən icra sənədinin geri qaytarılması qanuni və əsaslı hesab edilə bilməz. Belə ki, “İcra haqqında” AR Qanununun 23.1.3-cü maddəsinə əsasən borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. İcra məmuru sözügedən qərarı qəbul edərkən sadəcə olaraq borclu şəxslərin əmlak vəziyyətinin yoxlanılması ilə kifayətlənmiş və icra qanunvericiliyinin müəyyən etdiyi digər zəruri məcburi icra tədbirlərinin görülməsi istiqamətində icra addımı atmamışdır. Həmçinin icraat dövründə borclu şəxslərdən icra sənədinin icrasına münasibətin öyrənilməsi məqsədi ilə izahat alınmamış, icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yetirməyən borclu şəxslərin inzibati məsuliyyətə cəlb edilməsi istiqamətində müvafiq protokol tərtib edərək baxılması üçün məhkəməyə təqdim edilməmiş, eyni zamanda borcluların gələcəkdə ölkə hüdudlarını tərk etməsi məhkəmə qərarının icrasının mümkünsüzlüyü ilə nəticələnəcəyini nəzərə alaraq borcluların ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair təqdimatla məhkəməyə müraciət etməmişdir. Beləliklə, icra məmuru qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq normalarının tələblərini nəzərə almadan qərar qəbul etdiyi üçün məhkəmə hesab edir ki, Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1366/2016 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanununun 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 3.2-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə əsasən icra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Maraqlı şəxs icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-1366/2016 saylı icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-138/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-138/2024
13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver