Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-139/2024 19.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Borclu, Tələbkar iştirakı ilə, Ərizəçi Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-3926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Abşeron Rayon Məhkəməsinin 2(012)-3926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Tələbkar övladı - xx.xx.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. Borclu oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulu və qaydasının dəyişdirilərək, Tələbkar övladı xx.xx.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək onun iştirakı ilə ünsiyyətdə olma vaxtının müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, iddiaçı Tələbkar ona qarşı “uşaqla ünsiyyətdə olma hüququnun verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla birgə nikahdan doğulmuş azyaşlı övladları - xx.xx.2020-ci il təvəllüdlü X1 hər həftənin şənbə və bazar günləri səhər saat 10:00-dan axşam saat 20:00-dək ünsiyyətdə olma hüququnun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, keçmiş həyat yoldaşı iddiaçı Tələbkar övladı - xx.xx.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00dək ünsiyyətdə olma vaxtının müəyyən edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir, lakin bu qətnamədə 4 yaşlı uşağın ata ilə hansı qaydada (ananın iştirakı ilə və ya başqa qaydada) ünsiyyətdə olması göstərilməmişdir. Uşaq azyaşlıdır, allergik xəstəlikdən əziyyət çəkdiyindən onun tez-tez boğulmaları olur, bəzən huşunu itirir, bu səbəbdən onu həyəcanlandırmaq olmaz, ona xüsusi diqqət və qayğı göstərilməlidir. Atası uşağı iki dəfə özü ilə evinə aparmışdır. Uşaq atası ilə görüşlərdən birində huşunu itirmiş, atası Tələbkar onu evinə aparmışdır. Lakin uşağa evdə lazımi diqqət göstərilməmiş, ona özünə gəlməsi üçün soyuq su verilmiş, bu da onun vəziyyətini pisləşdirmişdir. Həmçinin uşaq atasının evində olduğu zaman evdəkilər tərəfindən pis rəftara məruz qalmışdır. Bu yaşda uşağın birdən-birə atası ilə görüşməsi onun psixologiyasına mənfi təsir göstərir. Hesab edir ki, bu əsasla qətnamənin icra üsulunun dəyişdirilməsinə ehtiyac vardır. Qeyd edildiyi kimi məhkəmə qətnaməsində uşağın atası ilə hansı qaydada ünsiyyətdə olması göstərilməmiş, bu isə onun icrasında çətinliklər yaratmışdır. Belə ki, uşaq atası ilə görüşəndən sonra psixoloji travma alır, səhhəti pisləşir və o, atasından qorxduğu üçün, ümumiyyətlə, onunla görüşmək istəmir. Hesab edir ki, yaranmış bu anlaşılmazlıq yeni məhkəmə qərardadı ilə aradan qaldırılmalıdır. Müəyyən edilmiş ünsiyyət vaxtı ilə hər iki tərəf faktiki olaraq razılaşmışlar. Bununla belə hesab edir ki, bu vaxt daxilində uşağın atası ilə ünsiyyətdə olması onun iştirakı ilə baş tutmalıdır. Qeyd edilənlərə əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun övladı - xx.xx.2020-ci il təvəllüdlü X2 ilə həftədə bir dəfə, yəni hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək ünsiyyətdə olma vaxtı müəyyən edilmişdir. Buna baxmayaraq ərizəçi Borclu onun övladı X2 ilə sərbəst görüşməsinə imkan vermir. Ərizəçi onun övladı ilə görüşməsinə mane olaraq icra sənədinin icrasından yayındığına görə Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qərarlara əsasən ilk olaraq 500 manat, daha sonra isə 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Övladının ona qarşı münasibəti ilə bağlı ərizəçi Borclu qeyd etdikləri həqiqəti əks etdirmir. Belə ki, övladı görüş vaxtı onunla ünsiyyətdən çəkinmir, əksinə onlar birlikdə xoş dəqiqələr keçirirlər və bunu təsdiq edən videokadrlar da mövcuddur. Hesab edir ki, uşaqla görüş vaxtı onun anasının, yəni ərizəçinin iştirakı onunla övladı arasında sərbəst ünsiyyətin qurulmasına ciddi maneələr törədəcəkdir. Qeyd edilənlərə əsasən o, qətnamənin icra üsulunun dəyişdirilməsinə dair ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəni və işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 3(012)-1059/2022 saylı, xx.xx.2022-ci il tarixli və 3(012)-1834/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, ərizəçi Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-3926/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra etməkdən üzrsüz səbəbdən yayındığı üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ona müvafiq qərarlara əsasən 500 manat və 600 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Buradan belə bir nəticəyə gəlmək olar ki, xx.xx.2020-ci il təvəllüdlü X2 ilə Tələbkar görüş vaxtının ərizəçinin iştirakı ilə müəyyən edilməsi barədə ərizəçi Borclu tələbi uşağın atası ilə sərbəst ünsiyyət qurmasına maneçilik xarakteri daşıyır və ərizəçinin ərizədə göstərdikləri hallar isə məhkəmə araşdırması zamanı yalnız formal mülahizələrdən ibarət olmuşdur.Tələbkar öz övladı - xx.xx.2020-ci il təvəllüdlü X2 ilə ünsiyyətdə olmaq hüququ vardır və ərizəçi Borclu qətnamənin icra üsulunun dəyişdirilərək tələbkarın övladı ilə görüş vaxtında onun iştirakının təmin edilməsini tələb etməsi, bununla da atanın uşağı ilə sərbəst ünsiyyətinə mane olması həm tələbkarın, həm də uşağın hüquqlarını pozur. Qanunvericilik uşaqların hüquqlarını müəyyən edərkən onların valideynləri ilə ünsiyyətdə ola bilməsinin məhz uşaqların mənafeyi baxımından əsas götürülməsini nəzərdə tutur. Bu zaman ərizəçinin buna hər hansı vasitə ilə mane olması və ərizəçinin bunu özünün mənafeyi ilə izah etməsi uşaqların hüququnun məhdudlaşdırılmasına əsas ola bilməz. Bu səbəbdən də Tələbkar övladı - xx.xx.2020-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 15:00-dək ərizəçinin iştirakı ilə ünsiyyətdə olma vaxtının müəyyən edilməsi həm tələbkarın, həm də uşağın haqlı mənafeyinə uyğun olmadığından və tələbkarın məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirdiyindən məhkəmə tələbin təmin olunmasını mümkün hesab etmir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası MPM-in 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-3926/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin icra üsulunun dəyişdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-139/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-139/2024
19.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver