Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-139/2025 03.03.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadənin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Laçın rayon Məhkəməsinin 2(047)-672/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməsi, cavabdeh Borclu 19000 manat pul və 147 manat ödənilmiş dövlət rüsumu, cəmi 19147 manat pul alınıb iddiaçı Tələbkar verilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Hacı Hacızadə təqdimatı onunla əsaslandırmışdır ki, Laçın rayon Məhkəməsinin 2(047)-672/2024 saylı , xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən cavabdeh Borclu 19000 manat pul və 147 manat ödənilmiş dövlət rüsumu, cəmi 19147 manat pul alınıb iddiaçı Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında" qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. İcra sənədi üzrə Borclu borcunu ödəməkdən yayınır və bu da tələbkarın haqlı narazılıqlarına səbəb olur. Cari tarixə icra sənədi üzrə borcdan ödəniş edilməmişdir. Eyni zamanda borclunun əmlak vəziyyəti vəgəlirləri barədə müvafiq sorğular edilmiş,lakin tələbin yönəldilə biləcəyi əmlak və gəli aşkar edilməmişdir. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar izahatında bildirdi ki, borcundan bir qəpik belə ödəməyib.Laçın rayon Məhkəməsi borcun tutulması ilə bağlı qətnamə var. İcra sənədi icra olunması üçün Laçın rayon icra və Probasiya şöbəsinə verilmiş, sonradan aidiyyəti üzrə Abşeron rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir.Odur ki təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1966-cı ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Laçın rayon Məhkəməsinin 2(047)-672/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1966-cı ildə anadan olmuş, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-139/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-139/2025
03.03.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver