Məhkəmə qərarları › İş №8(012)-14/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-14/2023

12.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-14/2023 12.01.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-2613/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, Borclu cəmi 13530 manat məbləğində borc pul tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2613/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən, Borclu cəmi 13530 manat məbləğində borc pul tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2013-cü il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu heç bir üzürlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. İcra sənədinin icrası ilə əlaqədar Borclu əmlak və gəlir vəziyyəti yoxlanılmış, borclunun mülkiyyətində avtomaşınlar olması müəyyən olunmuş, məhkəmənin müvafiq qərardadı ilə həmin avtomaşınlar üzərinə həbs qoyulmuşdur. Həmin avtomaşınlardan ikisi saxlanılmış, bir ədədi 700 manat, digər bir ədədi isə 1100 manat məbləğində qiymətləndirilərək borc qarşılığında tələbkara verilmişdir. Qalan avtomobillərin saxlanılması ilə bağlı Dövlət Yol polisi bölməsinə müraciət olunsa da hazıradək təmin olunmamışdır. Eyni zamanda bildirir ki, üzərinə həbs qoyulmuş, avtomaşınların bazar qiyməti vəziyyətinə görə qiymətləndirilməsi nəzərə alınsa da icra sənədi üzrə borc məbləğini tam ödəmir (əsas turbo.az avtomobil satış saytı). Hazırda Borclu 10630 manat məbləğində borcu vardır. Borclu Razabala oğlunun ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, onun 13500 manat borcu vardır. 2020- 2022-ci illərdə azadlıqdan məhrum edildiyinə görə borcunu ödəyə bilməmişdir. Tələbkar məhkəmə iclasında izahatında bildirdi ki, borclu 1000 manat pul ödəmişdir. 1800 manat pul isə maşınla əvələşdirilmişdir. Borclu 2020-2021-ci illərdə həbsdə olduğu üçün borcu ödəyə bilməmişdir. Odur ki, o, təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib, təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1980-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2613/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1980-ci il təvəllüdlü Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar