Məhkəmə qərarları › İş №8(012)-142/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-142/2023

07.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-142/2023 07.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-1688/2022 saylı, xx.xx.2022-ci il qətnaməsinin izah edilməsi barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyevin ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1688/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh “X2” LTD MMC-dən iddiaçı Tələbkar verilməsi nəzərdə tutulan müavinətin Azərbaycan Respublikasında minimum əmək haqqı məbləğində uyğunlaşdırılması qərara alınmışdır. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Emil Abiyev ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-1688/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin xx.xx.2022-ci il tarixdə şöbəyə daxil olduğunu, tələbin könüllü icra edilməsi üçün icra sənədinin borclunun ünvanına göndərildiyini, lakin qətnamədə icra sənədi üzrə tələbkara hansı ilin minimum əmək haqqısı və hansı tarixdən hesablanması göstərilmədiyindən icra sənədinin tələbkar tərəfindən icra edilməsi mümkün olmadığını bildirmiş və bununla bağlı qətnaməyə ətraflı izah verilməsini məhkəmədən xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək “X2” LTD MMC tərəfindən ona ödənilməli olan müavinətin 2021-ci ilin yanvar ayından etibarən dayandırıldığını, bununla əlaqədar qətnamədə göstərilən minimum əmək haqqının hansı tarixdən etibarən uyğunlaşdırılmalı olduğunu tələbkar və icra məmuru tərəfindən ondan tələb edildiyini bildirdi və həmin qətnamənin qət etdi hissəsi barəsində izah verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1688/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, cavabdeh “X2” LTD MMC-dən iddiaçı Tələbkar verilməsi nəzərdə tutulan müavinətin Azərbaycan Respublikasında minimum əmək haqqı məbləğində uyğunlaşdırılması qərara alınmışdır. Həmin qətnamənin təsviri hissəsində qeyd olunmuş iddiaçı Tələbkar izahatından görünür ki, 27 iyun 2013-cü il tarixdə “X2” LTD MMC üzrə “zərərə görə verilən ödənc haqqında” əmr verilmiş və həmin əmr üzrə onun ştat cədvəli ilə tutduğu vəzifəyə uyğun aldığı 220 manat əmək haqqının 50% nisbətində yəni hər ay 110 manat məbləğində aylıq müavinət ödənilməsi nəzərdə tutulmuşdur. Lakin 2021-ci ilin yanvar ayından etibarən həmin müavinətin dayandırıldığı bildirmişdir. Buna görə də qətnamənin qət etdi hissəsində qeyd olunan “X2” LTD MMC-dən iddiaçı Tələbkar verilməsi nəzərdə tutulan müavinətin Azərbaycan Respublikasında minimum əmək haqqı məbləğində uyğunlaşdırılması dedikdə qətnamənin təsviri hissəsində qeyd olunanları özündə ehtiva edir. Yəni ki, Tələbkar verilməsi nəzərdə tutulan müavinət 2021-ci ilin yanvar ayından uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1688/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qət etdi hissəsi təsviri hissədə göstərilənləri özündə ehtiva etdiyi üçün “X2” LTD MMC-dən iddiaçı Tələbkar verilməsi nəzərdə tutulan müavinətin Azərbaycan Respublikasında minimum əmək haqqı məbləğində uyğunlaşdırılması 2021-ci ilin yanvar ayından hesablanması nəzərdə tutulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar