Məhkəmə qərarları › İş №8(012)-142/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-142/2024

13.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-142/2024 13.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyev Əliağa Vahid oğlunun katibliyi, İcra sənədi üzrə Tələbkar QSC BOKT-un nümayəndəsi Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-394/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarından Tələbkar QSC BOKT tərəfindən verilmiş şikayətə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar QSC BOKT şikayətlə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-394/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-394/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Borclu 5686 ABŞ dolları əsas, 1077 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitəndən sonra 5 faizlə hesablanmış 261 ABŞ dolları faiz borcu və 135 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 7159 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borc və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 25 manat hissəsinin əvəzi tutularaq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, tələbin ipoteka predmeti olan Borclu Zair oğluna məxsus “GELLY MK” minik markalı, AZ **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması, ipoteka predmeti olan “GELLY MK” minik markalı, AZ **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracda satışından əldə olunmuş pul vəsaiti hesabına "xxxx" ASC-yə ödənilməli olan borca tutulması qət edilmişdir. Tələbkar QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, arayışdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixinə Borclu qətnamə üzrə icra olunmamış qalıq borcu 4315,86 ABŞ dolları təşkil edir və həmin qalıq borcun ödətdirilməsi ilə bağlı heç bir əlavə icra tədbirləri görülməmişdir. “X1 Edilməsi Agentliyi” MMC tərəfindən Abşeron Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 1593 saylı, xx.xx.2023-cü il tarixli 2976 saylı məktublarla müraciət edilərək xx.xx.2021-ci il tarixli qərarın surətinin Cəmiyyətə rəsmi qaydada təqdim edilməsi xahiş edilmiş və qərar onun qəbulundan uzun müddət keçdikdən sonra tələbkara xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Bu baxımdan qeyd olunan qərardan vaxtında şikayət verə bilməmişlər. Göstərilənlərə əsasən şikayət ərizəsi təmin olunmaldıır. İcra sənədi üzrə Tələbkar QSC BOKT-un nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayət ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Maraqlı şəxs məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə şikayətə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsini dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 17.1.1-ci maddəsinə görə məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda, icra icraatı məcburi olaraq dayandırılır. Həmin Qanunun 19.1 və 19.1.1-ci maddələrinə görə bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat aşağıdakı vaxtlara qədər dayandırılır: borclu öldüyü, ölmüş elan edildiyi və ya xəbərsiz itkin düşmüş hesab edildiyi, fəaliyyət qabiliyyəti olmayan sayıldığı, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandığı halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək, məhkəmə xəbərsiz itkin düşmüş şəxsin əmlakını idarə olunmaq üçün qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin olunan şəxsə verənədək və ya fəaliyyət qabiliyyəti olmayan borcluya qəyyum təyin edilənədək yaxud iş üzrə qərar qəbul edilənədək. Həmin Qanunun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə, ölmüş elan edildikdə və ya xəbərsiz itkin düşmüş hesab edildikdə, əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icra sənədi üzrə icraata xitam verilir. İşdən görünür ki, icra sənədi üzrə tələb pul məbləğinin ödənilməsi barədədir, yəni bu tələb üzrə hüquqi varisliyə yol verilir. İşdən, həmçinin görünür ki, icra sənədi üzrə Borclu xx.xx.2016-cı il tarixdə ölmüşdür. Belə olan halda, məhkəmə hesab edir ki, icra məmurunun “İcra haqqında” Qanunun 20.1.3-cü maddəsinə istinad edərək icra icraatına xitam verməsi qanunsuzdur, çünki bu icra sənədi üzrə hüquqi varisliyə yol verildiyindən icra məmuru icraatı dayandıraraq tələbkarın vərəsələrinin müəyyən edilməsi ilə bağlı hərəkətlər etməlidir. Göründüyü kimi, icra məmuru qanunla onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirməmiş, buna kifayət qədər hüquqi əsas olmadan icra sənədi üzrə icraata xitam vermişdir. Buna görə də icra icraatına xitam verilməsi barədə Abşeron rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ləğv olunmalı, icra sənədi üzrə icraat yuxarıda göstərilən hərəkətlərin yerinə yetirilməsi üçün davam etdirilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. “Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair” 10 oktyabr 2017-ci il tarixli Qərarına əsasən tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-394/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-394/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar