Məhkəmə qərarları › İş №8(012)-145/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-145/2024

07.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-145/2024 07.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi ilə, Maraqlı şəxs “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayəti nəzərdən keçirib, məhkəmə müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixinə Borclu kredit üzrə 38636,72 manat əsas, 11970,80 manat faiz, cəmi 50607,57 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu əvəzinin cavabdehlər Borclu, X2 və X3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X5 məxsus olan ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə yönəlməsi, ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin likvid olaraq 90000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəlməsi qət edilmişdir. Maraqlı şəxs “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanması qərara alınmışdır. Borclu həmin qərardan şikayət verərək, Maraqlı şəxs xx.xx.2022-ci ildə qəbul etdiyi “icraata başlamaq haqqında” qərarının ləğv edilməsi və hərracın dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu şikayətini onunla əsaslandırdı ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-290/2022 nömrəli iş üzrə 29 mart 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2021-ci il tarixinə Borclu kredit üzrə 38636,72 manat əsas, 11970,80 manat faiz, cəmi 50607,57 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu əvəzinin cavabdehlər Borclu, X2 və X3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X5 məxsus olan ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə yönəlməsi, ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin likvid olaraq 90000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəlməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, ipoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pulun cavabdehlər Borclu, X2 və X3 tutularaq "Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti” MMC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2141/2022 nömrəli iş üzrə 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə onun Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2141/2022 nömrəli iş üzrə 02 noyabr 2023-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətini qeyri-mümkün hesab edərək geri qaytarmışdır. Maraqlı şəxs icra məmuru Qəribağa Mirhəşimov xx.xx.2022-cü ildə icraata başlamaq haqqında qərar qəbul etmiş, həmin qərar xx.xx.2024-cü ildə icraata yönəldilmişdir. Həmin qərar ona göndərilməmiş, belə bir qərarın olmasından açıq hərracın keçirilməsinə dair bildirişi alandan sonra xəbər tutmuş, icra şöbəsinə müraciət etdikdən sonra icraata başlamaq haqqında qərarın surətini xx.xx.2024-cü ildə almış, onun tərəfindən şikayət verilməsi üçün iddia müddəti ötürülməmişdir. O, icraata başlamaq haqqında həmin qərarla razı deyildir. “İcraata başlamaq haqqında” qərar vaxtında ona verilsəydi o, könüllü şəkildə borcu ödəyərdi. Hesab edir ki, Maraqlı şəxs icra məmurunun xx.xx.2022-ci ildə qəbul etdiyi “icraata başlamaq haqqında” qərarı ləğv edilməli, ona könüllü qaydada borcu ödəməyə vaxt verilməli, icra işi hərracdan geri çağırılmalı, hərracın keçirilməsi dayandırılmalıdır. Qeyd olunanlara əsasən o, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə, şikayəti araşdırıb hesab edir ki, Maraqlı şəxs “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarından Borclu tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.5-ci maddəsinə əsasən tərəflər icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində məhkəməyə şikayət edə bilərlər. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-290/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixinə Borclu kredit üzrə 38636,72 manat əsas, 11970,80 manat faiz, cəmi 50607,57 manat borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumu əvəzinin cavabdehlər Borclu, X2 və X3 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X5 məxsus olan ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə yönəlməsi, ünvan 1 ünvanında yerləşən, 0,07 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 6 otaqlı, 141.1 kv.m ümumi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin ilkin satış qiymətinin likvid olaraq 90000 manat müəyyən edilməsi, həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin borcun ödənilməsinə yönəlməsi qət edilmişdir. Sözügedən icra sənədi xx.xx.2022-ci il tarixdə Maraqlı şəxsnə daxil olmuş, həmin tarixdə müvafiq qərarla icraata başlanılmış, Maraqlı şəxs tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərar həmin tarixli “tələbin könüllü icrası haqqında” bildiriş ilə birlikdə borclular Borclu, X2 və X4 icra sənədində qeyd olunan ünvanına göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən borclular Borclu, X2 və X5 göndərilmiş xx.xx.2022-ci il tarixli, e140106/2022-27-29-1Q saylı “tələbin könüllü icrası haqqında” bildirişin surətindən görünür ki, borclulardan biri olan, digər borclularla eyni ünvanda yaşayan X8 Maraqlı şəxs “icraata başlamaq haqqında” qərarı ilə tanış olmuşdur. Buradan belə bir nəticəyə gəlmək olar ki, borclular Borclu, X2 və X8 Maraqlı şəxs “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarının mövcudluğundan xəbərdar olmuşdurlar. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 8.5-ci maddəsinə əsasən tərəflərin icraata başlamaq haqqında qərardan, onun surətini aldıqdan sonra 10 gün müddətində müvafiq məhkəməyə şikayət vermə hüququ olmasına baxmayaraq Borclu şikayət verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş və üzrlü səbəblərdən müddətin ötürülməsi ilə bağlı ərizə təqdim etməmişdir. Həmçinin Borclu şikayət ərizəsində Maraqlı şəxs tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarı 19 fevral 2024-cü il tarixdə aldığını bildirsə də və bununla bağlı şikayət ərizəsinə xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsnə ünvanladığı “icraata başlamaq haqqında qərarın verilməsinə dair” ərizəsini əlavə etsə də həmin sənəd Borclu sözügedən qərarı təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Borclu tərəfindən şikayətinə əlavə etdiyi ərizə ilə icra işində olan eyni məzmunlu ərizədə sözügedən qərarı 19 fevral 2024-cü il tarixdə almasını təstiq edən qeyd müəyyən edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 128.2-128.3-ci maddələrinə görə prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axımı müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 129-cu maddəsinə görə illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130-cu maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128-130, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Maraqlı şəxs tərəfindən qəbul edilmiş “icraata başlamaq haqqında” xx.xx.2022-ci il tarixli qərarından Borclu verdiyi şikayət geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar