Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-148/2024 15.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İcra sənədi üzrə tələbkar "xxxx" QSC BOKT-un nümayəndəsi Nümayəndə iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-2737/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarından tələbkar "xxxx" QSC BOKT tərəfindən verilmiş şikayətə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar "xxxx" QSC BOKT şikayətlə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-2737/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarının ləğv edilməsi və icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2737/2014 saylı, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh Borclu 15 mart 2011-ci il tarixli, 20/11 saylı kredit müqaviləsi üzrə 4092 manat məbləğində əsas borc, 1120 manat faiz borcu, 84 manat dəbbə pulu, cəmi 5296 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi, iddia qismən təmin edildiyindən iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 23 manat hissəsi cavabdeh Borclu tutulub iddiaçıya ödənilməsi, qalan 7 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli arayışdan müəyyən edilir ki, xx.xx.2024-cü il tarixinə Borclu qətnamə üzrə icra olunmamış qalıq borcu 4 787,85 (dörd min yeddi yüz səksən yeddi manat 85 manat) manat təşkil edir və həmin qalıq borcun ödətdirilməsi ilə bağlı heç bir əlavə icra tədbirləri görülməmişdir. “X1 Edilməsi Agentliyi” MMC tərəfindən Abşeron Rayon İcra Şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixli, 1796 saylı, xx.xx.2019-cu il tarixli 5089 saylı, xx.xx.2021ci il tarixli 1071 saylı, xx.xx.2021-ci il tarixli 3880 saylı, xx.xx.2021-ci il tarixli 4709 saylı, xx.xx.2022-ci il tarixli 3124 saylı, xx.xx.2023-cü il tarixli 610 saylı, xx.xx.2023-cü il tarixli 2285 saylı, xx.xx.2023- cü il tarixli 3616 saylı məktublarla müraciət edilərək xx.xx.2021-ci il tarixli qərarın surətinin cəmiyyətə rəsmi qaydada təqdim edilməsi xahiş edilmiş və qərarın qəbulundan uzun müddət keçdikdən sonra tələbkara xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Bu baxımdan qeyd olunan qərardan vaxtında şikayət verə bilməmişlər. Göstərilənlərə əsasən şikayət ərizəsi təmin olunmaldır. İcra sənədi üzrə tələbkar "xxxx" QSC BOKT-un nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayət ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq Borclu və Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsini dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, 28 Fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş Qaydaların 2.1.9-cu bəndinə əsasən məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Həmin Qaydaların 6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. Göründüyü kimi, icra sənədində göstərilən kredit borcunun “Azərbaycan Respublikasında şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsiri dairəsinə düşməsi icra sənədinin icraatına xitam verilməsi üçün əsas deyildir. Digər tərəfdən, icra məmuru və ya Borclu qeyd edilən kredit borcunun məlum Fərmanın təsiri dairəsinə düşməsi barədə məlumatları təqdim etməmişlər. Belə olan halda, borcun ödənilməsi barədə icra sənədi üzrə icraata xitam verilməsi yolverilməzdir və məhkəmə adından çıxarılan qərarın icra olunmamasına xidmət edir. Halbuki, MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Yuxarıda qeyd edilən Qaydalara əsasən yalnız restrukturizasiya olunmuş kredit borcları üzrə icra sənədinin icraatına xitam verilməlidir (məhkəmədə olan işlərin geri çağırılması). 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müəyyən edilmiş Qaydaların 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarına əsasən tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-2737/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-2737/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-148/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-148/2024
15.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver