Məhkəmə qərarları › İş №8(012)-15/2020

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-15/2020

31.01.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-15/2020 31.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Cəmilə İbrahim qızı Səfiyevanın sədrliyi, Arzu Siyavuş qızı Əliyevanın katibliyi, İcra sənədi üzrə Borclu iştirak ilə, Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Fəqan Murtuzayevin icra sənədi üzrə Borclu məxsus əmlak üzərinə həbsin qoyulması barədə təqdimatına 31 yanvar 2020-ci il tarixdə Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Fəqan Murtuzayev təqdimatla məhkəməyə müraciət edərək Borclu mülkiyyətində olan «Vaz-21213» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq cərimə duracağında saxlnılması və tələb həmin əmlaka yönəldilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7703/2013 saylı 20 dekabr 2013-cü il tarixli icra sənədinə əsasən Borclu 20.12.2013-cü il tarixdən hesablanmaqla 01.03.2012-ci il təvəllüdlü x1 üçün hər ay 100 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət edilmişdir. İcra sənədi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, borclunun ünvanına çağırış və bildiriş göndərilmiş, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Aparılan araşdırmalar zamanı «Vaz-21213» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə «Vaz-21213» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmaqla cərimə duracağında saxlnılması və borc tələbi həmin əmlaka yönəldilməlidir. Məhkəmə iclasında icra sənədi üzrə Borclu izahatında bildirdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7703/2013 saylı 20 dekabr 2013-cü il tarixli icra sənədi üzrə borcu ödəməkdən yayınmamışdır. Sadəcə olaraq borc barədə məlumatı olmamışdır. Hal-hazırda böyük məbləğlərdə ödəniş etmişdir.Təqdimatın təmin edilməməsini xahiş etdi. Təqdimata baxılmasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq təqdimat vermiş şəxs və icra sənədi üztə tələbkar məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə belə olan vəziyyətdə təqdimata təqdimat vermiş şəxs və icra sənədi üzrə tələbkarın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə borclunun izahatını dinləyib, təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməməlidir. Təqdimata əlavə edilmiş elektron icra sistemi ilə bağlı sənəddən müəyyən edilir ki, Borclu adına «Vaz-21213» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobil qeydə alınmışdır. Borclu tərəfindən təqdim edilən və işin materiallarında olan tələbkarın Kapitalbankda olan hesabına ödəniş qəbzlərindən müəyyən edilir ki, 2019-cu ilin dekabr 20202-ci ilin yanvar ayları ərizində borclu tərəfindən 4000 manat ödəniş aparılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 50.1-ci maddəsinə görə icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7703/2013 saylı 20 dekabr 2013-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar icra sənədi üzrə Borclu ödənişləri apardığında ona məxsus «Vaz-21213» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalı və tələb həmin əmlaka yönəldilməsinə əsas yoxdur, təqdimat təmin edilməməlidir. Azərbaycan Respublikası “İcra haqqında” Azərbaycan Respublikası qanunun 50-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İcra sənədi üzrə Borclu məxsus «Vaz-21213» markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimat təmin olunmasın Qərardaddan 10 gün müddətinə Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən C.İ. Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar