Məhkəmə qərarları › İş №8(012)-150/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-150/2024

10.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-150/2024 10.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, X1 və X4 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilməsi barədə X1 və X4 ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, iddiaçılar X5 və X4 06 yanvar 2016-cı il təvəllüdlü X10 ilə ünsiyyətdə olmasına cavabdeh Maraqlı şəxs2 tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. X1 və X11 ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1259/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin verilməsinə əsas olmuş qətnaməyə müəyyən aydınlıq gətirilməklə müvafiq izahın verilməsini məhkəmədən xahiş etmişdir. X2 məhkəmə iclasında izahat verərək bildirdi ki, o, 2 il yarımdır ki, nəvəsi - 06 yanvar 2016-cı il təvəllüdlü X10 ilə sərbəst şəkildə görüşə bilmir. Belə ki, oğlunun vəfat etdiyi vaxtdan, yəni 2021-ci ilin dekabr ayından Maraqlı şəxs2 onun nəvəsi ilə sərbəst ünsiyyət qurmasına şərait yaratmır. X3 2 otaqlı evi Maraqlı şəxs2 nəvələri 06 yanvar 2016-cı il təvəllüdlü X10 ilə birlikdə yaşaması üçün vermiş, buna baxmayaraq Maraqlı şəxs2 onların nəvələri ilə ünsiyyət qurmasına süni maneələr yaradaraq onlara uşaqla ancaq yaşadıqları evdə və ya həyətdə görüşə biləcəklərini söyləmişdir. Abşeron rayon İcra Hakimiyyətinin 21 oktyabr 2022-ci il tarixli, K-28/2-099/2-t/1 saylı qərarı ilə Komissiya, X4 və X5 nəvəsi X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək və şənbə günü saat 10:00-dan 16:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsini qərara almışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar X5 və X4 06 yanvar 2016-cı il təvəllüdlü X10 ilə ünsiyyətdə olmasına cavabdeh Maraqlı şəxs2 tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Sözügedən qətnamə qanuni qüvvəsini almış, icraya yönəlmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-2630/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron rayon İcra Hakimiyyətinin 21 oktyabr 2022-ci il tarixli, K-28/2-099/2-t/1 saylı qərarının qismən - X4 və X5 nəvəsi X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsi hissəsində ləğv edilmişdir. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-2630/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin müvafiq qərardadına əsasən ləğv edilmişdir. Hazırda Abşeron Rayon Məhkəməsinin 2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi üzrə icra vərəqəsi Maraqlı şəxs1 icra məmuru Qəribağa Mirhəşimovun icraatındadır. Lakin Abşeron Rayon Məhkəməsinin 2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi aydın olmadığından icra etmək mümkün olmamışdır. Belə ki, onların uşaqla ünsiyyətdə olmaları vaxtı və yeri barədə cavabdeh ilə aralarında fikir ayrılığı mövcuddur. Maraqlı şəxs2 bu anlaşılmazlıqdan istifadə edərək qətnamənin icrasına imkan vermir. Cavabdeh çoxmərtəbəli binanın 4-cü mərtəbəsində yaşayır. Onlar isə xəstə və ahıl yaşda olduqlarından uşaqla orada görüşmələri imkansızdır. Hazırki vəziyyətdə icra sənədinin verilməsi üçün əsas olmuş qətnamənin izah olunması zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən o, ərizənin təmin edilməsini xahiş etdi. Digər ərizəçi X12 məhkəmə iclasında X2nın izahatına uyğun izahat verərək bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icra olunması mümkün olmadığından onlar hazırda çox çətinlik çəkirlər. Maraqlı şəxs2 onlardan evi öz adına rəsmiləşdirməyi tələb etmiş, lakin o, həmin evi Maraqlı şəxs2 deyil, nəvəsi X6 vəsiyyət etmişdir. Odur ki, o, Abşeron Rayon Məhkəməsinin 2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə izah verilməsi barədə ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, iş materiallarını tədqiq edib, toplanmış sübutlara qiymət verərək, hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin 21 oktyabr 2022-ci il tarixli, K-28/2-099/2-t/1 saylı qərarı ilə Komissiya, X4 və X5 nəvəsi X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək və şənbə günü saat 10:00-dan 16:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsini qərara almışdır. Abşeron Rayon Məhkəməsinin 2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar X5 və X4 06 yanvar 2016-cı il təvəllüdlü X10 ilə ünsiyyətdə olmasına cavabdeh Maraqlı şəxs2 tərəfindən yaradılan maneənin aradan qaldırılması qət edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin 2(012)-2630/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Abşeron rayon İcra Hakimiyyətinin 21 oktyabr 2022-ci il tarixli, K-28/2-099/2-t/1 saylı qərarının qismən - X4 və X5 nəvəsi X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək ünsiyyətdə olma müddətinin müəyyən edilməsi hissəsində ləğv edilmişdir. Lakin iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1664/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 12 iyun 2023-cü il tarixli, 2(012)-2630/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddiaçı Maraqlı şəxs2 cavabdehlər Abşeron rayon İcra Hakimiyyətinə, X8 və X7 qarşı Abşeron rayon İcra Hakimiyyətinin 21 oktyabr 2022-ci il tarixli, K-28/2-099/2-t/1 saylı qərarının ləğv edilməsi tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanması qərara alınmışdır. Beləliklə, işin faktiki hallarından göründüyü kimi X1 və X4 nəvələri 06 yanvar 2016-cı il təvəllüdlü X10 ilə ünsiyyət olma hüququnu məhdudlaşdıran Abşeron Rayon Məhkəməsinin 2(012)-2630/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1664/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə ləğv edilmişdir. Belə olan təqdirdə hazırda qüvvədə olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Abşeron rayon İcra Hakimiyyətinin 21 oktyabr 2022-ci il tarixli, K-28/2-099/2-t/1 saylı qərarında göstərilən qaydanı, yəni X4 və X5 nəvələri X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək və şənbə günü saat 10:00-dan 16:00-dək ünsiyyətdə olma üçün yaradılmış manelərin aradan qaldırılmasını özündə ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Həmin Məcəllənin 230.3-cü maddəsinə əsasən qətnamə və ya qərardad icra edilməmişsə, onun izah edilməsinə yol verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 230, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1259/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi Abşeron rayon İcra Hakimiyyətinin 21 oktyabr 2022-ci il tarixli, K-28/2-099/2-t/1 saylı qərarında göstərilən qaydanı, yəni X4 və X5 nəvələri X10 ilə hər həftənin ikinci (çərşənbə axşamı), dördüncü (cümə axşamı) günü saat 13:00-dan 17:00-dək və şənbə günü saat 10:00-dan 16:00-dək ünsiyyətdə olma üçün yaradılmış manelərin aradan qaldırılmasını özündə ehtiva edir. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar