Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-153/2022 17.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, Borclu iştirakı ilə, Abşeron rayon İcra şöbəsinin icra məmuru Elmir İsmayılovun Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyularaq hərracda satılması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-2499/2020 saylı, 29.10.2020-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay cəmi 385,20 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar hesabına köçürülməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov məhkəməyə təqdimatla müraciət edərək, Borclu (xx.xx.1978 təvəllüdlü, Bakı şəhəri) adına ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli fərdi yaşayış evi üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılov təqdimatında göstərmişdir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-2499/2020 saylı, 29.10.2020-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay cəmi 385,2 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar hesabına köçürülməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli fərdi yaşayış evi qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən fərdi yaşayış evinin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, uşaqlardan biri ondadır. O, hər uşağa görə 170 manat aliment ödəməlidir. Hazırda 2000 manat yaxın köhnə aliment borcu vardır. Xəstəliklə bağlı alimenti gecikdirdiyinə görə tələbkar təqdimatla məhkəməyə müraciət etmişdir. Sonuncu dəfə 1 həftə əvvəl 300 manat ödəniş etmişdir və bununla bağlı qəbzləri də vardır. Onun yaşadığı ev atasınındır və onun adınadır. Onun adına maşın da vardır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tələbkar məhkəməyə gəlmədiyinə görə məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 9-ci maddəsinə əsasən icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda,Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” 05 iyun 2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Odur ki, məhkəmə hesab edir ki, ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli fərdi yaşayış evinin borclunun yeganə yaşayış yerinin olubolmaması ilə bağlı icra məmuru tərəfindən təqdimat əsaslandırılmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Elmir İsmayılovun Borclu adına ********** qeydiyyat nömrəli, **********70 reyestr nömrəli fərdi yaşayış evi üzərinə həbs qoyularaq açıq hərracda satılması barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-153/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-153/2022
17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver