Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-156/2022 17.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinə məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 15.04.2021-ci il tarixli icra sənədinə əsasən borclular DƏDRX-nin 4 saylı Ərazi İdarəsi, Novxanı kəndi üzrə İcra nümayəndəliyi və Abşeron rayonu Novxanı Bələdiyyəsi MPM-nin 78.4-cü maddəsinə əsasən 200 manat miqdarında cərimə olunmuşlar. 02.03.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin borclu Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinə məxsus əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 15.04.2021-ci il tarixli icra sənədinə əsasən borclular DƏDRX-nin 4 saylı Ərazi İdarəsi, Novxanı kəndi üzrə İcra nümayəndəliyi və Abşeron rayonu Novxanı Bələdiyyəsi MPM-nin 78.4-cü maddəsinə əsasən 200 manat miqdarında cərimə olunmuşlar. Elektron icra informasiya sistemindən əldə edilən məlumata əsasən borclu Novxanı kəndi üzrə İcra Nümayəndəliyinin mülkiyyətində “Toyota Land-Cruser” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin olması müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Abşeron rayon Məhkəməsinin 8(012)-25/2022 saylı, 18.01.2022-ci il tarixli qərardadı ilə həmin avtomobilin üzərinə həbs qoyulmuşdur. 04.02.2022-ci il tarixdə icra sənədi üzrə olan 200 manat inzibati cərimə borclulardan olan Novxanı kəndi üzrə İcra Nümayəndəliyi tərəfindən ödənilmişdir. Ona görə də Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatında olan Abşeron rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 15.04.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Novxanı kəndi üzrə İcra Nümayəndəliyinin mülkiyyətində olan “Toyota Land-Cruser” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq): 15.2. maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. 15.3. maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Belə ki, iş materiallarında olan və təqdimata əlavə olunmuş: Abşeron rayon Məhkəməsinin 8(012)-25/2022 saylı, 18.01.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 2(012)- 872/2021 saylı, 15.04.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin mülkiyyətində olan “Toyota Land-Cruser” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. -04.02.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, X2 tərəfindən Bakı şəhər Maliyyə İdarəsinin hesabına cəriməyə görə 200 manat pul vəsaiti köçürülmüşdür. -Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04.02.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən Abşeron rayon Məhkəməsinin 2(012)-872/2021 saylı, 15.04.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə X1 cəriməni ödəmək üçün 10.02.2022-ci il tarixədək etibar edilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun (bundan sonra İcra haqqında Qanun adlanacaq): 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. 3.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda. 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi. 44.1-ci maddəsinə əsasən məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi. 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs bir qayda olaraq məhkəmə icraçısının əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Təqdimatdan və təqdimata əlavə olunmuş Abşeron rayon Məhkəməsinin 2(012)- 872/2021 saylı, 15.04.2021-ci il tarixli icra sənədi üzrə öhdəliyin icrasının təmini üsulu kimi Abşeron rayon Məhkəməsinin 8(012)-25/2022 saylı, 18.01.2022-ci il tarixli qərardadı ilə borclu Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin mülkiyyətində olan «Toyota Land-Cruser” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda həmin icra sənədi üzrə cərimə məbləği borclu tərəfindən ödənilərək icra sənədi üzrə öhdəlik icra edilmişdir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, icra sənədi üzrə öhdəlik borclu tərəfindən icra edilərək təmin edildiyindən, bu səbəbdən də üzərinə həbs qoyulmuş “Toyota Land- Cruser” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbsin saxlanılmasına zərurət qalmadığından Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı əsaslı hesab edilərək təmin edilməli, Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin adına olan “Toyota Land-Cruser” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı təmin edilsin. Abşeron rayon Məhkəməsinin 8(012)-25/2022 saylı, 18.01.2022-ci il tarixli qərardadı ləğv edilsin. Abşeron rayon İcra Hakimiyyəti Başçısının Novxanı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyinin mülkiyyətində olan “Toyota Land-Cruser” markalı **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-156/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-156/2022
17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver