Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-157/2022 11.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 01.05.2015-ci il tarixli 2(012)-2498/2015 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatına 11 mart 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 01.05.2015-ci il tarixli 2(012)-2498/2015 saylı icra sənədinə əsasən Borclu məxsus «UAZ 31512» markalı, **- BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə, Abşeron Rayon Məhkəməsinin 01.05.2015-ci il tarixli 2(012)- 2498/2015 saylı icra sənədinin icrası ilə bağlı həmin Məhkəmənin 11.12.2015-ci il tarixli qərardadı ilə Borclu məxsus «UAZ 31512» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Hazırda borclu tərəfindən icra sənədi üzrə tələb tamamilə təmin edildiyindən mübahisəli avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs, icra sənədi üzrə tələbkar və borclu məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Abşeron Rayon Məhkəməsinin 01.05.2015-ci il tarixli 2(012)-2498/2015 saylı icra sənədinə əsasən Borclu 357,18 manat pul tutularaq "xxxx" ASC-yə verilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-1294/2015 saylı, 11.12.2015-ci il tarixli qərardadı ilə Borclu məxsus «UAZ 31512» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. "xxxx" ASC 11.02.2022-ci il tarixli ərizə ilə icra qurumuna müraciət edərək, bildirmişdir ki, Bağırov X1 Rayon Məhkəməsinin 01.05.2015-ci il tarixli 2(012)-2498/2015 saylı icra sənədində göstərilən borcunu "xxxx" ASC-yə tam ödəmişdir və buna görə də icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-ci maddəsinə əsasən icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Məhkəmə hesab edir ki, təqdimat təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 8(012)-1294/2015 saylı 11.12.2015-ci il tarixli qərardadı ləğv edilməli, Borclu mülkiyyətində olan «UAZ 31512» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20 və 45-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-1294/2015 saylı 11.12.2015-ci il tarixli qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin 01.05.2015-ci il tarixli 2(012)-2498/2015 saylı icra sənədi üzrə Borclu mülkiyyətində olan “UAZ 31512” markalı, **-BT-*** dqn-lı avtomobilin üzərindən həbs götürülsün. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-157/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-157/2022
11.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver