Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-159/2022 17.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu əmlaklarının üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4445/2021 saylı, 04.10.2021-ci il tarixli icra sənədindən görünür ki, Borclu 387,67 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-yə, Abşeron rayon Məhkəməsinin 2(012)-4448/2021 saylı, 04.10.2021-ci il tarixli icra sənədinə əsasən 1526,43 manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyev məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,0897 ha, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1688 ha torpaq sahələrinin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)-4445/2021 saylı, 04.10.2021-ci il tarixli icra sənədi üzrə Borclu 387,67 manat pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-yə, Abşeron rayon Məhkəməsinin 2(012)-4448/2021 saylı, 04.10.2021-ci il tarixli icra sənədinə əsasən 1526,43 manat pul vəsaiti tutularaq "xxxx" ASC-yə ödənilməlidir. Qeyd edilən icra sənədləri 15.10.2021-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmişdir. Lakin hazırkı günədək icra sənədləri üzrə tələb könüllü olaraq borclu tərəfindən təmin edilməmişdir. Belə olan halda məcburi icra tədbirlərin həyata keçirilməsi zərurəti yaranmışdır. “Elektron icra” informasiya sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,0897 ha, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1688 ha torpaq sahələrinin olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimat vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış borclunun şəxsi kartoçkasından görünür ki, Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,0897 ha, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1688 ha torpaq sahələri sonuncunun xüsusi mülkiyyətindədir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Borclu 387,67 manat və 1526,43 manat pul vəsaitinin tutularaq "xxxx" ASC-yə ödənilməsi haqqında icra sənədlərinin icrası ilə bağlı Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin Borclu mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,0897 ha, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1688 ha torpaq sahələrinin üzərinə həbs qoyulması barədə təqdimatı sözügedən borc məbləğləri ilə birbirinə mütənasib deyildir. Odur ki, məhkəmə hesab edir ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 4448/2021 saylı, 04.10.2021-ci il tarixli icra sənədi üzrə tələbin icrası məqsədilə təqdimatda göstərilən, Borclu mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,0897 ha torpaq sahəsinin üzərinə həbs qoyulmalı, təqdimat Borclu mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,1688 ha torpaq sahəsinin üzərinə həbs qoyulması hissəsində təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” qanunun 45,50-ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Vadim Əliyevin təqdimatı qismən təmin edilsin. Borclu mülkiyyətində olan Abşeron rayon, Saray qəsəbəsində yerləşən 0,0897 ha torpaq sahəsinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-159/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-159/2022
17.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver