Məhkəmə qərarları › İş №8(012)-159/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-159/2024

27.03.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-159/2024 27.03.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərlinin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-5071/2017 saylı, xx.xx.2017-ci tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdeh Borclu hər bir uşaq üçün hər ay 136,6 manat olmaqla, cəmi 273,2 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərli təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, ünvan 2nvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərli təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-5071/2017 saylı, xx.xx.2017-ci tarixli icra sənədinə əsasən Borclu hər ay 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 273,2 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2017-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə "İcraata başlamaq haqqında“ qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu ünvanına dəfələrlə rəsmi xəbərdarlıq göndərilmişdir. Bundan sonra borclu fiziki şəxs icra məmuru tərəfindən dəfələrlə icra şöbəsinə dəvət olunsa da o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və bu barədə icra məmuruna heç bir məlumat verməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, Borclu sözügedən icra sənədi üzrə 17841 manatdan çox aliment borcu vardır və aliment borcuna görə ona hər ay 243 manat məbləğində pul ödəmək əvəzinə, borcu üzrə aylıq 210 manat məbləğində ödəniş edir. Onun, ümumiyyətlə, borclunun harada olması ilə bağlı heç bir məlumatı yoxdur. Borclu indiyədək bir ata kimi övladları ilə ünsiyyət qurmamış və onlarla maraqlanmamışdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və iş üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-5071/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1984-cü il təvəllüdlü, Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, ev 9 ünvanında qeydiyyatda olan və ünvan 2nvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar