Məhkəmə qərarları › İş №8(012)-16/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-16/2025

13.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-16/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, Tələbkar LPO Tələbkar ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Borclu (zamin)Borclu iştirakı ilə Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun Borclu məxsus olan avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-658/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən X3 və Borclu 7129 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar LPO Tələbkar ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu məxsus olan «Mercedes Benz ML320CDİ» minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)-658/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmrinə əsasən X3 və Borclu 7129 ABŞ dolları məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu müştərək qaydada tutularaq tələbkar LPO Tələbkar ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş və qanuna müvafiq icra hərəkətlərinə başlanılmışdır.İcraata başlama haqqında qərar qəbul olunaraq,surəti bildirişlə bərabər icra sənədi üzrə borcluların icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclular könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borcluların adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus olan «Mercedes Benz ML320CDİ» minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə yuxarıda göstərilən avtomobilin üzərinə həbs qoyulmalıdır.Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar LPO Tələbkar ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, 2014-cü ilin müqaviləsidir. Borclunun 7129 ABŞ dollar borcu qalıb. Əsas borclu X1r. Bügünə kimi heç bir ödəniş edilməmişdir. Odur ki, təqdimatın təmin olunmasını xahiş etdi. Borclu (zamin) Borclu məhkəmə iclasında izahatında bildirdi ki, maşına həbs qoyulub. Borclu pulu ödəyir. İşə qanun çərçivəsində baxılmasını xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, «Mercedes Benz ML320CDİ» minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Naxçıvan MR Şərur rayon Məhkəməsinin 2(110)- 658/2017 saylı xx.xx.2017-ci il tarixli məhkəmə əmri könüllü icra olunmadığından, Borclu məxsus olan «Mercedes Benz ML320CDİ» minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı təmin edilsin. Borclu məxsus olan «Mercedes Benz ML320CDİ» minik markalı, **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar