Məhkəmə qərarları › İş №8(012)-169/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-169/2023

17.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-169/2023 17.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron rayon Məhkəməsinin 2(012)-3610/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 2743,2 manat pul vəsaitinin tutularaq Tələbkar1 ödənilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-3607/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 770 manat pul vəsaitinin tutularaq Tələbkar2 ödənilməsi qərara alınmışdır. Abşeron rayon Məhkəməsinin 2(012)-3887/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Borclu 477,2 manat pul vəsaitinin tutularaq Tələbkar1 ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması məsələsinə baxılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədləri müxtəlif vaxtlarda Abşeron Rayon İcra Şöbəsinin icraatına daxil olmuş, bundan sonra “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Bütün bunlara baxmayaraq icra sənədi üzrə tələb borclu şəxs tərəfindən icra edilməmişdir. Bunu nəzərə alaraq borclu barəsində məcburi icra tədbirlərinin görülməsi zərurəti yaranmış, borclunun ölkədən getmək hüququnun borc ödənilənədək məhdudlaşdırılması məqsədə müvafiqdir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Borclu xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək inzibati qaydada həbs edildiyinə görə xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinin MSY-dən evə buraxıldığını, hazırda psixoloji gərginliyi və sağlamlığı ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini və xx.xx.2023cü il tarixə təyin edilmiş iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2 maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Abşeron rayonu, Məmmədli Ərazi Dairəsi, Məmmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqələri üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-3610/2021 saylı, xx.xx.2021-ci il tarixli, Abşeron Rayon Məhkəməsinin 2(012)-3607/2021 saylı, xx.xx.2021-ci il tarixli, Abşeron Rayon Məhkəməsinin 2(012)- 3887/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqələrinin icrasını təmin etmək üçün Abşeron rayonu, Məmmədli Ərazi Dairəsi, Məmmədli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar