Məhkəmə qərarları › İş №8(012)-17/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-17/2023

03.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-17/2023 03.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi , İcra məmuru Orxan Məmmədovun, Tələbkar X2 və onun vəkili X1 iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3145/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, X2 və Borclu arasında Abşeron Rayonu 1 saylı Notariat Kontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Borclu əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat və dövlət rüsumunun əvəzi olaraq 20 manat pulun tutulması qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə müvafiq qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatı onunla əsaslandırdı ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-3145/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, X2 və Borclu arasında Abşeron Rayonu 1 saylı Notariat Kontorunda bağlanmış 05 avqust 2017-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Borclu əsas borc olaraq 110000 manat, maddi ziyan üçün 13291 manat və dövlət rüsumunun əvəzi olaraq 20 manat pulun tutulması qərara alınmışdır. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin çağırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkarın haqlı narazılığına səbəb olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Borclu mülkiyyətində ünvan 3 ünvanında fərdi yaşayış evi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə göstərilən torpaq sahəsinin üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Həmçinin Borclu adına başqa torpaq sahəsi də vardır. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsin xahiş etdi. Tələbkar X2 məhkəmə iclasında izahatında bildirdi ki, o, 2016-cı ildə Azərbaycana gəlmiş, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin pulunu və vergisini ödəmiş, lakin evə çıxarış ala bilməmişdir. Borclu notariusda onu aldatmışdır. Bundan əlavə o, Borclu başqa evi olduğunu göstərə bilər. İcra məmuru Orxan işi bu qədər uzataqda qansuzluq edir və vətəndaşların hüquqlarını pozur. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra sənədi üzrə borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə icra məmurunu və tələbkarı dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan elektron icra informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi sonuncunun xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 0,015 ha ölçülü fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Borclu adına qeydiyyata alınmışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 3145/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulmalıdır. Bundan əlavə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan göründüyü kimi ünvan 4 ünvanında yerləşən 0,015 ha ölçülü fərdi yaşayış evi xx.xx.2013-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Borclu adına qeydiyyata alınmışdır. Bu bir daha göstərir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi borclunun yeganə yaşayış yeri deyildir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar