Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-17/2024 26.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərlinin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4525/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 2897,36 manat məbləğində pul və 81,88 manat dövlət rüsumunun tutularaq Tələbkar İB-nin hesabına ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərli məhkəməyə təqdimatla müraciət edərək, Borclu (xx.xx.1959-cu il təvəllüdlü, Abşeron rayonu, Qobu qəsəbəsi) məxsus ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli (Abşeron rayonu, Qobu qəsəbəsində 0,08 ha yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərli təqdimatında göstərmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4525/2022 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu cəmi 2897,36 manat məbləğində pul və 81,88 manat dövlət rüsumu tutularaq Tələbkar İB-nin hesabına ödənilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli (Abşeron rayonu, Qobu qəsəbəsində 0,08 ha yaşayış məntəqələrinin torpaqları) torpaq sahəsi qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsi üzərinə həbs qoyulmaqla borc tələbi borclunun əmlakına yönəldilməlidir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, icra sənədi üzrə yaranmış borcunu ödəmək üçün möhlət istəyir. Onun bir yaşayış evi vardır, ancaq həmin ev onun adına sənədləşdirilməmişdir. Bu, onun yeganə yaşayış yeridir. Həmin evin yerləşdiyi sözügedən torpaq sahəsi onun adınadır. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və iş üzrə tələbkar məhkəməyə gəlmədiklərinə görə məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 9-ci maddəsinə əsasən icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” 05 iyun 2002-ci il tarixli, 89 saylı qərarı ilə təsdiq edilmiş “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”nın 1-ci bəndinə əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Odur ki, məhkəmə hesab edir ki, ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli torpaq sahəsinin borclunun yeganə yaşayış yerinin olubolmaması ilə bağlı icra məmuru tərəfindən təqdimat əsaslandırılmadığından təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərlinin Borclu məxsus ********** qeydiyyat nömrəli, **********46 reyestr nömrəli torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №8(012)-17/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-17/2024
26.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver