Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-170/2022 28.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Abşeron rayon İcra şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu2 mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Abşeron rayon məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4503/2014 saylı, 08.10.2014-cü il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 cəmi 6420 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. Abşeron rayon icra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu2 adına Abşeron rayonu, Xırdalan şəhəri, Yaqub Məmmədov küçəsində yerləşən 0,0059 ha həyətyanı təyinatlı yaşayış məntəqələrinin torpaq sahəsi üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatında göstərmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4503/2014 saylı, 08.10.2014-cü il tarixli icra sənədinə əsasən Borclu1 və Borclu2 cəmi 6420 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğində pulun alınaraq "xxxx" ASC-yə ödənilməsi qərara alınmışdır. İcra sənədi 17.01.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, borcluların ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin çağırışa gəlməmiş, tələbi ödəməkdən yayınmışdır. Bu isə tələbkar təşkilatın haqlı narazılığına səbəb olmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Elektron Sisteminə sorğu edilən zaman Borclu2 adına Abşeron rayonu, Xırdalan şəhəri, Yaqub Məmmədov küçəsində yerləşən 0,0059 ha həyətyanı təyinatlı yaşayış məntəqələrinin torpaq sahəsi aşkarlanmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə yuxarıda göstərilən torpaq sahəsi üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər məhkəməyə gəlmədiyinə görə məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 9-ci maddəsinə əsasən icra məmurları onlara verilən hüquqlardan qanuna uyğun istifadə etməyə və öz fəaliyyətlərində fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin pozulmasına yol verməməyə borcludurlar. “İcra məmurları haqqında ”Azərbaycan Respublikası Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaiti olmadıqda,Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Lakin, icra məmuru tərəfindən Borclu2 mülkiyyətində Abşeron rayonu, Xırdalan şəhəri, Yaqub Məmmədov küçəsində yerləşən 0,0059 ha həyətyanı təyinatlı yaşayış məntəqələrinin torpaq sahəsinin olmasını təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edimədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu2 adına Abşeron rayonu, Xırdalan şəhəri, Yaqub Məmmədov küçəsində yerləşən 0,0059 ha həyətyanı təyinatlı yaşayış məntəqələrinin torpaq sahəsi üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-170/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-170/2022
28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver