Məhkəmə qərarları › İş №8(012)-173/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-173/2024

24.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-173/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi X8, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs icraatında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş 2(103)-1310/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alana kimi dayandırılması barədə ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi X14 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icraatında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş 2(103)- 1310/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alana kimi dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi «AAAF-İnşaat” MMC-nin nümayəndəsi X14 məhkəmə iclasında ərizəni onunla əsaslandırdı ki, Maraqlı şəxs icraatına Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş 2(103)-1310/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi daxil olmuşdur. Həmin icra vərəqəsinə əsasən, borclu "xxxx" MMC-dən (digər cavabdeh/borclu X11) 46983,91 manat tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin icraatına da Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş 2(103)-1310/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi daxil olmuşdur. Həmin icra vərəqəsinə əsasən, borclu X3 46983,91 manat tələbkar "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Abşeron rayonu və Bakı şəhəri Səbail rayon İcra şöbələrinin icraatlarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş 2(103)-1310/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin 2(012)-5308/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamə ilə iddiaçı X11 ilə bağlanmış mənzilin alqı-satqı müqaviləsinin ləğv edilməsi və ilkin ödəniş olaraq 4070 manat məbləğin MMC-dən tutulması qət edilmişdir. İddia tələbinin əsasını iddiaçı D.Litvinçukun "xxxx" ASC-dən götürdüyü kredit vəsaitinin cavabdeh MMCdən tələb edilməsi təşkil edir. Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 3605/2023 nömrəli qərarı ilə iddiaçı X11 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-761/2023 nömrəli 16 may 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilmədiyi hissəsində ləğv edilmiş və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5308/2022 nömrəli qətnaməsi qismən - iddianın təmin edilməyən 14 mart 2015-ci il tarixli müqavilə üzrə ödənilmiş 36590 manat hissəsində və Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 15247,5 manat məbləğində pul vəsaiti hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 36590 manat və Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 15247,5 manat məbləğində pul vəsaitinin alınaraq X6 ödənilməsi qət edilmişdir. Hazırda, həmin məhkəmə aktından xx.xx.2024-cü il tarixində müvafiq qaydada kassasiya şikayəti verilmişdir. Belə ki, sözügedən məhkəmə aktları üzrə X7 və "xxxx" ASC-yə qət edilmiş yekun məbləğlər təkrarlanır və eynilik təşkil edir. Hər iki mülki işlərin mahiyyətindən göründüyü kimi bir vəsaiti həm X7, həm də "xxxx" ASC-yə ödənilməsi ədalətsizlikdir. Məhz "xxxx" MMC kassasiya şikayətində qeyd xüsusatı mübahisələndirmişdir. Belə olan halda, Maraqlı şəxs icraatında Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş 2(103)-1310/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinin icraatının dayandırılması zərurəti yaranmışdır. Hazırda sadalanan məhkəmə aktları üzrə "xxxx" MMC borclu qismində olmasına baxmayaraq təkrar, eynilik təşkil edən öhdəlik daşımaq məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar "xxxx" ASC-nin nümayəndəsi X12 ərizəyə etiraz edərək, Maraqlı şəxs icraatında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası tərəfindən verilmiş 2(103)-1310/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraatın Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2088/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alana kimi dayandırılmasının “İcra haqqında” Qanununun tələblərinə uyğun olmadığını bildirdi və ərizənin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iclasın yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru məhkəməyə gəlmədiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(009)-1992/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, "xxxx" ASC ilə X11 arasında bağlanmış xx.xx.2015-ci il tarixli «Kredit Müqaviləsi»nə əsasən yaranmış 33443,24 manat əsas borc, 12689,85 manat faiz borcu olmaqla, ümumilikdə 46133,09 manat məbləğində pul vəsaiti və 30,40 manat dövlət rüsumunun 15 manat hissəsinin X11 və "xxxx" MMC-dən müştərək qaydada tutulub "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 1310/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X4 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin olunmuş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 noyabr 2021-ci il tarixli qətnaməsinin faiz borcunun tutulması hissəsində dəyişdirilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2088/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı X4 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-5308/2022 nömrəli qətnaməsi qismən – iddianın təmin edilməyən 14 mart 2015-ci il tarixli müqavilə üzrə ödənilmiş 36590 manat hissəsində və Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq hesablanmış 15247,5 manat məbləğində pul vəsaiti hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə çıxarılması, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 36590 manat və Azərbaycan Respublikasının Mərkəzi Bankının uçot dərəcəsinə uyğun olaraq gecikdirilmiş vaxt üçün hesablanmış 15247,5 manat məbləğində pul vəsaiti alınaraq X6 ödənilməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən tələbkar "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2022-ci il tarixli, xx/xx-1233/2022-K nömrəli cavab məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1310/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi Maraqlı şəxs icraatında yoxdur. Məhkəmə ərizəçini və tələbkarın izahatını dinləyib, işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, “İcra haqqında” Qanununun 17-ci maddəsində icraatın dayandırılmasının məcburiliyinin əsasları və “İcra haqqında” Qanununun 18-ci maddəsində isə icraatın dayandırılmasının mümkün olduğu hallar göstərilmiş, o cümlədən “İcra haqqında” Qanununun 21-ci maddəsində icraatın dayandırılması haqqında məsələyə baxılmasının qaydalarını tənzimləyən normalar göstərilmişdir. “İcra haqqında” Qanununun 21.1-ci maddəsinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. “İcra haqqında” Qanununun 21.2-ci maddəsinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarını tələbinə görə məhkəmənin yalnız “İcra haqqında” Qanununun 18-ci maddəsindən irəli gələn tələblər üzrə müvafiq işlərə baxılması nəzərdə tutulduğundan və işin faktiki hallarından göründüyü kimi ərizəçi «AAAF-İnşaat” MMC-nin nümayəndəsi X8 ərizəsindəki göstərdikləri hallarla bağlı işlərə baxılması “İcra haqqında” Qanununun 18-ci maddəsinin tələbləri ilə uyğun gəlmədiyindən, məhkəmə ərizənin təmin olunmasını mümkün hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi «AAAF-İnşaat” MMC, X9, X10 və X2 Abşeron rayon məhkəməsinin 2(012)-701/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icraya yönəldilməsi üzrə icra hərəkətlərinin həyata keçirilməsinin qanunsuz hesab edilərək dayandırılması, «AAAF-İnşaat” MMCnun cavabdeh X1 və Sumqayıt şəhər 4 Saylı Notariat Kontoruna qarşı müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi üzrə mülki işə Nərimanov rayon Məhkəməsində baxılıb mahiyyəti üzrə həll olunanadək icra hərəkətlərinin dayandırılması haqqında barədə şikayət ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar