Məhkəmə qərarları › İş №8(012)-174/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-174/2024

24.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-174/2024 24.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi X1, Tələbkar iştirakı ilə, Ərizəçi "xxxx" MMC-nin Maraqlı şəxs icraatında olan 2(012)-280/2021, 2(012)-802/2023, 2(012)-3907/2021 saylı icra sənədləri üzrə icraatın Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-593/2024 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi dayandırılması barədə ərizəsinə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi "xxxx" MMC-nin nümayəndəsi X2 ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs icraatında olan 2(012)-280/2021, 2(012)-802/2023, 2(012)-3907/2021 nömrəli icra sənədləri üzrə icraatın Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-593/2024 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəçi «AAAF-İnşaat” MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında ərizəni onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-280/2021 nömrəli qətnaməsinə əsasən verilmiş icra sənədi üzrə borclu "xxxx" MMC-dən 11653,31 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-2608/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-280/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi cavabdeh “AAAF-İnşaat" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Hazırda borclu ”AAAF-İnşaat” MMC tələbin icrasından yayınmır, hətta tələbkar N. Həsənova ilə hissə-hissə icra edilməsinə dair şifahi razılıq əldə olunmuşdur. Bundan başqa Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-802/2023-005 nömrəli icra sənədi üzrə borclu “AAAF- İnşaat" MMC-dən 26854 manat məbləğində pul vəsaiti Tələbkar xeyrinə ödənilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(012)- 802/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Tələbkar cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli Qərarı ilə iddiaçı Fləsənova Nigar Vaqif qızının kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-3907/2021-014 nömrəli qətnaməsi ilə borclu Tələbkar və borclu "xxxx" MMC-dən 31302,98 manat məbləğində pul vəsaitinin tələbkar '‘Azərbaycan Beynəlxalq Bankı" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-623/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3879/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin 2(012)-3907/2021-014 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan əlavə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(006)-1461/2020 nömrəli qətnaməsi ilə xx.xx.2015-ci il tarix ABB YM-0215 saylı mənzilin alqı-satqı müqaviləsi üzrə ödənilmiş 2970 manat vəsaiti "xxxx" MMCdən alınaraq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Yuxarıda sadalanan məhkəmə aktı əsasında verilmiş icra sənədlərinin hamısı Maraqlı şəxs icraatındadır. Belə ki, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-4718/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Tələbkar kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Hazırda mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının icraatındadır. İcraatda olan 2(105)-593/2024 nömrəli mülki iş üzrə iddiaçı Tələbkar "xxxx" ASC-dən kredit vəsaiti götürüb cavabdeh "xxxx" MMC-yə ödədiyi vəsaiti geri tələb edir. Çünki eyni zamanda "xxxx" ASC iddiaçı/tələbkar qismində həmin kredit borcunu həm N. Həsənovadan, həm də "xxxx" MMC-dən tələb edir. Bununla əlaqədar sözügedən icra sənədlərinin icraatının dayandırılması zərurəti yaranmışdır. Hazırda sadalanan məhkəmə aktları üzrə "xxxx" MMC borclu qismində olmasına baxmayaraq təkrar, eynilik təşkil edən öhdəlik daşımaq məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Tələbkar ərizəyə etiraz edərək, '‘Azərbaycan Beynəlxalq Bankı"xxxx" ASC ilə bağlı olan icra sənədi üzrə icraatın dayandırılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə, iclasın yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq icra məmuru məhkəməyə gəlmədiyinə görə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 623/2022 saylı, xx.xx.2022-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Tələbkar kassasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2(012)- 3907/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanması qət edilmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-802/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC-dən ödənilməli olan pul vəsaitinə görə 26670 manat və dövlət rüsumuna görə 184 manat olmaqla, ümumilikdə, cəmi 26854 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçı Tələbkar xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 1257/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin 16 mart 2023-cü il tarixli, 2(012)-802/2023 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Tələbkar cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pul” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 4718/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı Tələbkar kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1257/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara almışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işin materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, “İcra haqqında” Qanununun 17-ci maddəsində icraatın dayandırılmasının məcburiliyinin əsasları və “İcra haqqında” Qanununun 18-ci maddəsində isə icraatın dayandırılmasının mümkün olduğu hallar göstərilmiş, o cümlədən “İcra haqqında” Qanununun 21-ci maddəsində icraatın dayandırılması haqqında məsələyə baxılmasının qaydalarını tənzimləyən normalar göstərilmişdir. “İcra haqqında” Qanununun 21.1-ci maddəsinə görə bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. “İcra haqqında” Qanununun 21.2-ci maddəsinə görə bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Beləliklə yuxarıda qeyd olunan qanunvericilik normalarını tələbinə görə məhkəmənin yalnız “İcra haqqında” Qanununun 18-ci maddəsindən irəli gələn tələblər üzrə müvafiq işlərə baxılması nəzərdə tutulduğundan və işin faktiki hallarından göründüyü kimi ərizəçi «AAAF-İnşaat” MMC-nin nümayəndəsi X1 ərizəsindəki göstərdikləri hallarla bağlı işlərə baxılması “İcra haqqında” Qanununun 18-ci maddəsinin tələbləri ilə uyğun gəlmədiyindən, məhkəmə ərizənin təmin olunmasını mümkün hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi «AAAF-İnşaat” MMC-nin nümayəndəsi X1 Maraqlı şəxs icraatında olan 2(012)- 280/2021, 2(012)-802/2023, 2(012)-3907/2021 nömrəli icra sənədləri üzrə icraatın Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-593/2024 nömrəli mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alana kimi dayandırılması barədə ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar