Məhkəmə qərarları › İş №8(012)-178/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-178/2022

16.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-178/2022 16.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İcra sənədi üzrə tələbkar X1 iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elmir İsmayılov tərəfindən verilmiş Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə təqdimata 16 mart 2022-ci il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Elmir İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2660/2021 saylı, 17.06.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu barəsində “borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Abşeron Rayon Məhkəməsinin 2(012)-2660/2021 saylı, 17.06.2021ci il tarixli icra vərəqəsinə əsasən Borclu 9050 manat pul tutularaq X2 verilməlidir. İcra sənədi 20.08.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də “İcraata başlamaq haqqında” qərar və bildiriş tərəflərə göndərilmişdir. Borclu dəfələrlə icra qurumuna dəvət edilsə də, gəlməmiş, bununla da icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Odur ki, icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. İcra sənədi üzrə tələbkar X3 məhkəmə iclasında bildirdi ki, icra sənədinin tam icra edilməsi üçün borcluya kifayət qədər vaxt verilməsinə baxmayaraq, o, borcunu ödəmədiyindən təqdimat təmin olunmalıdır. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs və borclu məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata təqdimat vermiş şəxsin və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə icra sənədi üzrə tələbkarı dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, aparılmış icra tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2660/2021 saylı, 17.06.2021-ci il tarixli icra sənədi 20.08.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə də “İcraata başlamaq haqqında” qərar və bildiriş tərəflərə göndərilmiş, lakin buna baxmayaraq borclu borcu ödəməmişdir. İş materiallarından görünür ki, icra qurumu Borclu barəsində axtarış elan edilməsi haqqında 02 sentyabr 2021-ci il tarixdə qərar qəbul etmiş və aidiyyəti üzrə müvafiq quruma göndərmişdir. Beləliklə, icra sənədi üzrə Borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınır və onun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2660/2021 saylı, 17.06.2021-ci il tarixli icra vərəqəsi könüllü icra üçün müəyyən olunmuş vaxtda Borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Göstərilənlərə əsasən və MPM-nin 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar