Məhkəmə qərarları › İş №8(012)-18/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-18/2025

13.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-18/2025 13.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi ilə, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-1294/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilməsi, 8837,77 manat əsas,140,42 manat faiz,18,6 manat cərimə borclu olmaqla, cəmi 8996,79 manat kredit borcu və ödənilmiş 110,43 manat dövlət rüsumunun əvəzi Borclu alınaraq "xxxx" KB ASC-yə ödənilməsi qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan “Mercedes Benz E190” minik markalı, **- BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması və duracağa yerləşdirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1294/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 8837,77 manat əsas,140,42 manat faiz,18,6 manat cərimə borclu olmaqla, cəmi 8996,79 manat kredit borcu və ödənilmiş 110,43 manat dövlət rüsumunun əvəzi Borclu alınaraq "xxxx" KB ASC-yə ödənilməsi ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, qanuna müvafiq icra hərəkətlərinə başlanılmış, icraata başlama haqqında qərar və müvafiq bildiriş borcluya göndərilmiş,lakin borclu hazırki günədək icra sənədini icra etməmişdir.Həmçinin borclunun istifadəsində olan bütün nömrələrə “SMS” bildiriş göndərilsə də, borclu icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir.“Elektron İcra” İnformasiya Sistemindən əldə edilən məlumata əsasən Borclu mülkiyyətində olan “Mercedes Benz E190” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil olması müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə təqdimat vermiş icra məmuru və icra sənədir üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “Elektron İcra” İnformasiya Sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, “Mercedes Benz E190” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun xüsusi mülkiyyətindədir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1294/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu mülkiyyətində olan “Mercedes Benz E190” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan maddələrinin tələbinə görə üzərinə həbs qoyulması əmlak üzrə digər icra hərəkətlərinin aparılmasını qanunvericilik icra məmurunun vəzifəsi kimi müəyyən etdiyindən, bu hal təqdimatın “Mercedes Benz E190” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin duracağa yerləşdirilməsi hissəsinin təmin olunması zərurətini aradan qaldırmışdır. Yuxarıda göstərilənlərə əsasən “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45, 50ci və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatı qismən təmin edilsin. Borclu mülkiyyətində olan “Mercedes Benz E190” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar