Məhkəmə qərarları › İş №8(012)-181/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-181/2022

28.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-181/2022 28.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi ilə, Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-140/2017 saylı, 24.02.2017-ci il tarixli icra sənədinə əsasən Borclu 530 manat pul vəsaitinin tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatla məhkəməyə müraciət edərək, Borclunın məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazani təqdimatı onunla əsaslandırmışdır ki, icra sənədi 11.04.2017-ci il tarixdə şöbəyə daxil olmuş, həmin tarixdə də icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra sənədinin icrasının məcburiliyi barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2 maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, xx.xx.1982-ci il təvəllüdlü Vardenis rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-140/2017 saylı, 24.02.2017-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1982-ci il təvəllüdlü Vardenis rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar