Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-182/2022 16.03.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, İcra sənədi üzrə Borclu, İcra sənədi üzrə Tələbkar iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(103)-502/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu əmlakının üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(103)-502/2021 saylı icra sənədinə əsasən Borclu məxsus «Mercedes Benz C180» markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(103)-502/2021 saylı icra sənədinə əsasən Borclu və X1 müştərək qaydada cəmi 13980 manat pul tutularaq Tələbkar, 50 manat pul isə Məhkəmə Ekspertizası Mərkəzinə verilməlidir. Təqdimata görə Bakı Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(103)- 502/2021 saylı icra sənədi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına 09.02.2022-ci il tarixdə daxil olmuş, borclunun ünvanına çağırış vərəqəsi və bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, lakin tələbin könüllü icrası təmin edilməmişdir. Borclu şöbəyə dəvət edilmiş, lakin tələbi icra etməkdən yayınmışdır. Belə olan halda borclunun əmlakı üzərinə həbs qoyulması zərurəti yaranmışdır. Məhkəmə iclasında icra sənədi üzrə Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında icra sənədi üzrə Borclu təqdimatın təmin edilməməsini xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə təqdimata təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı və borclunu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(103)-502/2021 saylı icra sənədinə əsasən Borclu və X1 müştərək qaydada cəmi 13980 manat pul Tələbkar, 50 manat pul isə Məhkəmə Ekspertizası Mərkəzinə verilməlidir. Borclu icra sənədi üzrə borcunu qanunla nəzərdə tutulmuş müddətdə ödəməkdən yayınmışdır. Həmin icra işi üzrə icra məmuru tərəfindən borclunun əmlak vəziyyətinin yoxlanılması ilə əlaqədar verilmiş sorğuya əsasən Borclu mülkiyyətində «Mercedes Benz C180» markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, Abşeron rayon İcra və Probasiya şöbəsinin təqdimatı təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(103)-502/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu mülkiyyətində olan «Mercedes Benz C180» markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsinin 03.02.2022-ci il tarixli 2(103)-502/2021 saylı icra sənədinin icrası ilə əlaqədar Borclu məxsus «Mercedes Benz C180» markalı, ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-182/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-182/2022
16.03.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver