Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-188/2024 08.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Əliyeva Afaq Əkbər qızının katibliyi, Tələbkarın nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Maraqlı şəxs tərəfindən Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)- 7318/2016 saylı icra sənədinə əsasən qəbul edilmiş “İcra sənədi üzrə icraata xitam verilməsi” haqqında xx.xx.2019-cu il tarixli qərardan Tələbkar ASC tərəfindən verilmiş şikayət ərizəsinə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Tələbkar ASC şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-7318/2016 saylı icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-7318/2016 saylı 28.11,2016-cı il tarixli icra sənədinə əsasən Borclu cəmi 14035,47 ABŞ dolları məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tələbkar “Bank VTB (Azərbaycan) ASC-nin xeyrinə tutulmalıdır. xx.xx.2024-cü il tarixli cari hesabdan çıxarışdan müəyyən olunur ki, sonuncu əməliyyat xx.xx.2024-cü il tarixdə olmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixli borc barədə arayışdan da göründüyü kimi, icra sənədinə əsasən borcludan tələbkarın xeyrinə tutulmalı olan borcun qalan məbləği qalmışdır, yəni həmin icra sənədi tam icra edilməmişdir. Göründüyü kimi, Abşeron Rayon Məhkəməsi tərəfindən verilmiş 2(012)-7318/2016 saylı xx.xx.2016-cı il tarixli icra sənədi qismən icra edilməmiş və tutulmalı borc məbləği qalır. İcra məmuru isə brcun ödənilməsi barədə bankın məktubu olmadan icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir. Göstərilənlərə əsasən şikayət ərizəsi təmin edilməlidir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi Nümayəndə2 şikayət ərizəsini müdafiə edərək, təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq icra məmuru və borclu məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişlər. Məhkəmə şikayətə icra məmurunun və borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarın nümayəndəsini dinləyib, şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. Belə ki, Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarından görünür ki, icra məmuru icra icraatına tələbin borclu tərəfindən tam şəkildə təmin edilməsi əsası ilə xitam vermişdir. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə görə icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. İcra materiallarında tələbin ödənilməsi barədə hər hansı mötəbər sübut (qəbz, kassa mədaxil orderi və s. kimi ciddi maliyyə blankları, bankın razılıq məktubu) mövcud deyildir. Başqa sözlə, icra materiallarından borcun tam ödənilməsi öz təsdiqini tapmır. Qeyd edildiyi kimi, icra sənədində göstərilən kredit borcunun icra sənədi üzrə borclu tərəfindən tam ödənilməsi təsdiq olunmadığından borcun ödənilməsi əsası ilə icra sənədi üzrə icraata xitam verilməsi yolverilməzdir və məhkəmə adından çıxarılan qərarın icra olunmamasına xidmət edir. Halbuki, MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli Qərarına əsasən tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Abşeron rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-7318/2016 saylı icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli və icra sənədi üzrə icra hərəkətləri davam etdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət ərizəsi təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-7318/2016 saylı icra sənədinin icraatına xitam verilməsinə dair Maraqlı şəxs xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin və icra sənədi üzrə icra hərəkətləri davam etdirilsin. Qərardaddan qərardadın rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məlahət Abbasova
Məhkəmə qərarları › İş №8(012)-188/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-188/2024
08.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver