Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-19/2024 26.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərlinin Borclu mülkiyyətində olan əmlakın üzərinə həbs qoyulması barədə təqdimatına Xırdalan şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-2607/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar və cavabdeh Borclu arasında bağlanmış Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsinin ləğv edilməsi, Sumqayıt şəhər 3 saylı Notariat ofisində rəsmiləşdirilmiş 14 sentyabr 2020-ci il tarixli, AN-İ № ******* alqı-satqı müqaviləsi əsasında alınmış 5000 manat məbləğində pul, torpaq sahəsinin rəsmiləşdirilməsi ilə bağlı çəkilmiş xərc olaraq 364,40 manat pul və 65 manat dövlət rüsumunun cavabdeh Borclu alınaraq iddiaçı Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərli məhkəməyə təqdimatla müraciət edərək, Borclu mülkiyyətində olan «Toyota Land-Cruiser- Prado» minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərli təqdimatı onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2607/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Borclu cəmi 5364,4 manat məbləğində pul və 65 manat dövlət rüsumu tutularaq Tələbkar ödənilməlidir. Borclunun adına əmlakların olub-olmaması barədə müvafiq orqanlara sorğular göndərilmiş, Borclu məxsus “Toyota Land-Cruiser-Prado” minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomaşın qeydiyyata alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə yuxarıda göstərilən avtomaşın üzərinə həbs qoyulmaqla, borc tələbi borclunun əmlakına yönəldilməlidir. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, atası xəstə olduğundan onun pula ehtiyacı vardır. O, vaxtilə Borclu pulu tam şəkildə ödəmişdir. İndi də borclunun ona pulu hissə-hissə deyil, tam şəkildə ödəməsini istəyir. Bu səbəbdən o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Borclu izahatında bildirdi ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-2607/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində qeyd olunmuş məbləğdə borcunu hissə-hissə ödəməyə hazırdır. Belə ki, o, təxminən bir-iki ay ərzində mülkiyyətində olan bəzi əşyaları satmaqla tələbkara olan borcunu tamamilə ödəyəcəkdir. Buna görə də o, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan "Elektron İcra" informasiya sistemindən çıxarılmış Borclu şəxsi kartoçkasından görünür ki, «Toyota Land-Cruiser-Prado» minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomaşın sonuncunun xüsusi mülkiyyətindədir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)- 2607/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi könüllü icra olunmadığından, Borclu mülkiyyətində olan «Toyota Land-Cruiser-Prado» minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə görə tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Yenə həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru Cəlal Səfərlinin təqdimatı təmin edilsin. Borclu mülkiyyətində olan «Toyota Land-Cruiser-Prado» minik markalı, ** OG *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-19/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-19/2024
26.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver