Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-190/2023 03.04.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Borclu nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Borclu Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 238557/2022-4N-li qərarına xitam verilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1121/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Maraqlı şəxs 238557/20222-27-6-004 saylı icra sənədi üzrə hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək icraatın dayandırılması öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmasına dair şikayət ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Ərizəçi Borclu oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 238557/2022-4N-li qərarına xitam verilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)- 1121/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Maraqlı şəxs 238557/20222-27-6-004 saylı icra sənədi üzrə hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək icraatın dayandırılması öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmasını xahiş etmişdir. Ərizəçi Borclu şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2(012)-1121/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X3 övladı 30 iyun 2016-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir (Hakim: Elman Məmmədov). Qətnamədən apellyasiya şikayəti və Ali Məhkəməyə şikayətlər verilmişdir. Qətnamə qüvvəsini də qalmışdır. İcra prossesi başlamamış o, artıq Azərbaycan Respublikası ərazisi hüdudları kənarında yaşamışdır. Azərbaycan Respublikası ərazisində yaşadığı zamanda o, heç bir zaman ata ilə qızının görüşməsinə mane olmamış, əksinə görüşlərinin təşkil olunmasını öz üzərinə götürərək, Nurlanın qızı ilə görüşüb ünsiyyət qurmasına sövq etmişdir. Belə ki, bunu onda olan şəkillərdən aydın aşkar görmək olar. Abşeron Rayon Məhkəməsinin 15 avqust 2018 -ci il tarixli, 2(012)-35862/2018 saylı qətnaməsinə görə, görüş vaxtı hər həftənin bazar günü saat 11:00-dan 13:00-dək ünsiyyət hüququ təyin olunsa da Nurlan uşağı görməyə onun təkidiylə yalnız Yeni il bayramında və uşağın ad günündə gəlmişdir. Uşağı görməyinə baxmayaraq Nurlan yenidən məhkəməyə müracət edib, yeni qərar çıxarılmasını xahiş etmişdir. Bunun səbəbi isə uşaqla ünsiyyət qurmaq deyil, onunla inadlaşıb həyatını qaraltmaqdır. Nurlanın anası Əzizova Mehparə, uşağın Nurlandan olmadığını iddia edir, bununla yanaşı isə uşaq tələbi ilə məhkəmələrə müraciətlər edir. Sübut kimi ona yazdığı smslər vardır. Məhkəmələrə müraciətlərinin səbəbi kimi Nurlanın atası Əzizağa, Mehparənin istəyi uşağı görmək deyil "uşağı İcraçının əli ilə sürüməkdir". Buna nail ola bilmədiyi üçün onunla savaşır. Lakin təxmini 1 ildir ki, o, artıq ailəsiylə birlikdə İsveçrənin Malmo şəhərində yaşayır və uşağın atası ilə ünsiyyət qurub görüşməsinə etiraz etmir. Lakin bu mümkün deyil, Nurlanın Azərbaycan Respublikası ərazisində kredit borcları olduğu səbəbindən Azərbaycan Respublikasının hüdudları kənarına çıxışına məhdudiyyət qoyulmuşdur. Həmçinin uşağın atanın icazəsi olmadan xarici ölkəyə çıxarılması haqqında Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-5377/2021 saylı qətnaməsi mövcuddur. Bu haqda Maraqlı şəxs İcra X1 həm şifahi həm də yazılı surətdə ərizə ilə müraciət etmişdir. Müraciətində xaricdə yaşadığı üçün qeyd olunan İcra sənədinin icra olunması mümkün olmadığından, Azərbaycan Respublikasının "İcra Haqqında" qanununun 17.1.3-cü maddəsinə görə, müvafiq hallarda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır: borclu Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olduqda və ya Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissəsində olan tələbkarın müvafiq xahişi olduqda yaxud hamıya bəlli olan hallar baş verdikdə və ya faktlar mövcud olduqda. Azərbaycan Respublikasının "İcra Haqqında" qanununun 18.1.2-ci maddəsinə görə, borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda icra sənədi üzrə icraat dayandırılır. Azərbaycan Respublikasının "İcra Haqqında" qanununun 19.1.2-ci maddəsinə görə, borclunun və ya tələbkarın Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşən hissələrində müddətli həqiqi hərbi xidmətdə olduğu, üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda, stasionar müalicə müəssisəsində olduğu və ya borclunun, onun əmlakının axtarışda olduğu və ya ondan alınmış uşağın axtarışda olduğu halda - müvafiq olaraq hərbi xidmətdən buraxılanadək və ya kontrakt üzrə hərbi xidmətə başlayanadək, icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək, müalicə müəssisəsindən çıxanadək yaxud borclunun, onun əmlakının və ya ondan alınmış uşağın axtarışı başa çatanadək icraat dayandırılır. İcraatı dayandırmağı xahiş etmişdir. Qeyd olunan qanunun müddəasına əsasən, icra sənədi üzrə icraat məcburi olaraq müvəqqəti dayandırılması halı mövcuddur, cavabdehin icra hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək. Bu xahiş ilə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Müraciətinə cavab rəsmi olaraq ona hələdə verilməmişdir. Bundan başqa, onun Azərbaycan Respublikası ərazisindən kənarda olmağı aşkar şəkildə Maraqlı şəxsnə əlçatan olan Azərbaycan Respublikasının Miqrasiya və Sərhəd Xidmətinin sistemində sübut kimi mövcuddur. Lakin bütün bunlara baxmayaraq İcra məmuru onun barəsində AR ərazisi daxilində axtarışa vermişdir. Axtarışın səbəbi kimi yaşadığı yerin məlum olmaması qeyd edilmişdir. Halbuki, onun yaşadığı yer məlumdur, onun adına olan hər iki mobil nömrə işləkdir və bütün lazimi olan hüquqi işləriylə Azərbaycan Respublikasında olan səlahiyyətlərinin etibarnaməyə əsasən qanuni nümayəndəsi olan bacısı Nümayəndə məşğul olmaqdadır. Bütün bu məsələlərdən icra məmuru olan Ramazani Nicat agahdır, lakin onunla qəsdi-qərəzli davranaraq, vəzifəsi və səlahiyyətlərindən sui istifadə edərək onu yalnız hədələməklə məşğuldur. Qərəzliyinin bariz nümunəsi kimi özünün tərtib etdiyi qərarın məlumat olan hissəsini, Abşeron Rayon Polis İdarəsinə, Abşeron Rayon Məhkəməsinə və iş üzrə iddiaçıya göndərmiş, ona isə bu məlumatı göndərməmişdir. Bunu ona qarşı qurulan bir oyun kimi qiymətləndirir. İcra məmurunun bütün bu hərəkətləri onu Konstitusiya hüququ olan Azərbaycan Respublikasının Konstitusiyasının 28-ci maddəsinin İİİ bəndinə görə, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər, hüququmu pozur. Belə ki, icra məmurunun bu hərəkətinin nəticəsi kimi, onu qatı cinayətkar kimi, xx.xx.2023-cü il tarixində sənədlərini yeniləmək məqsədi ilə Bakıya gəlmiş, hava limanında Dövlət Sərhəd Xidmətinin İşçiləri axtarışda olduğunu söyləymiş, pasportu əlindən alıb onu Sərhəd Xidmətinin Polis Bölməsinə təhvil vermişlər. O, pasportunu geri istədikdə onu hava limanında yüzlərlə adamın önündə, borca görə tutulduğunu, bu səbəbdəndə pasportu ona geri verə bilməyəcəklərini polislərə söyləyərək, bununlada nüfuzuna xələl yetirilmişdir. Gecə təxminən 04:00 radələrindən Polis müşaiyəti ilə öncə hava limanında yerləşən Polis Bölməsinə gətirilmiş, sonradan təxminən səhər saat 09:00 radələrinə kimi ordada gözləyəndən sonra Abşeron Rayon Polis Bölməsinin nümayəndəsi onu X9 Bölməsinə gəlib aparmışdır. Orada da qeydiyyata alındıqdan sonra onu Maraqlı şəxsnə təhvil vermişlər. Təxminən 09:05 radələrindən o, İcra Şöbəsində iclas olduğundan, orada iclasın bitməsini gözləmək məcburiyyəti qarşısında qalmışdır. İclas təxmini 10:00 radələrində bitmişdir. Bütün bu müddət ərzində onun nə səbəbdən gətirildiyini, hansı məhkəmə qərarı əsasında tutulduğunu tələb etsə də heç kim ona qərarı təqdim etməmişdir. 10:00 radələrində icra X8 gələrək, onun gətirilmə səbəbini təqdim etməkdən boyun qaçıraraq müxtəlif yersiz diskussiyalar aparmağa başlamışdır. Qanuni nümayəndəsi olan Nümayəndə otaqdan çıxartmaq məqsədi ilə 5 nəfər icraçı və orada olan tərəfdaşları vəzifələrindən sui istifadə edərək orada süni olaraq söz söhbət dava salaraq, əl-qol atmaq kimi qeyri etik hərəkətlər etməkdən çəkinməmişlər, onları qorxudmağa cəhd etmişlər. Lakin buna nail olmayacaqlarını anladıqda söyüş söyüb sonrada isə kameraya onları çəkməyə başlamışlar. Nümayəndəsi heç bir şəxsi onun icazəsi olmadan videoya çəkməyə ixtiyarı olmadığını deyib icazə vermədiyini və bu hərəkətin cinayət tərkibli olduğunu anlatmağa çalışsa da, icra məmuru video görüntünü çəkmiş, bundan sonra orada olan həmkarlarının köməkliyi ilə qanuni nümayəndəsini otaqdan zorla çıxarmışlar. Azərbaycan Respublikasının Konstitusiyasının 61-ci maddəsinin İİİ bəndinə görə, hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı, cinayət törədilməsində ittiham olunduğu andan müdafiəçinin köməyindən istifadə etmək hüququ vardır. Onu hüquqi yardım almaqdan məhrum etməyə çalışmışlar. Qanuni nümayəndəsi tərəfindən ona qarşı qurulan hansısa sui-qəsd nəzəriyyəsinin olduğu bəhanəsi ilə onu buna inandırmağa çalışmışlar. Bu nəinki doğru deyil hətta gülüncdür. Bütün bu hadisələrdən sonra o, nümayəndəsi olmadığı təqdirdə danışmayacağını, heç bir şəkildə bu mövzuda hüquqi mövqeyini bildirməyəcəyini demişdir. Yalnız bundan sonra təxminən saat 12:00 radələrində qanuni nümayəndəsini otağa buraxmışlar və yalnız bundan sonra İcra məmuru ona çıxardığı qərarın surətini verməyə razı olmuşdur. O bu qərarı aldıqdan sonra izahat yazaraq evə yollanmışdır. Belə ki, o, xx.xx.2023-cü il tarixində təxminən 05:00 radələrindən 12:00 a qədər səbəbsiz, heç bir qanuni əsas olmadan icraçının qanunsuz hərəkətləri nəticəsində süründürməçiliyə məruz qalmışdır. Xüsusi ilə qeyd etmək istərdi ki, o nə qaçaq nə də cinayətkar deyildir, bu günə qədər, qanunu heç bir şəkildə pozmamışdır, dövlətə 1 qəpikdə borcu yoxdur. Bütün bunları nəzərə alaraq hesab edir ki, icra məmuru ona qarşı qərəzlilik nümayiş etdirir, səbəbi isə onda sual doğurur. Bütün bu qeyd olunanlar, onun Azərbaycan Respublikasının bir vətəndaşı olaraq Konstitusiya hüquqlarını pozmaqdadır, habelə, konsitusiya hüququ olan AR vətəndaşı hər zaman maneasız öz ölkəsinə qayıtmaq hüququ vardır. Bundan başqa, Azərbaycan Respublikasının vətəndaşları, sərbəst surətdə hərəkət edə bilə, özünə yaşayış yeri seçə bilər və AR ərazisindən kənara çıxa bilər. Lakin Maraqlı şəxs hərəkətsizliyi ucbatından o, bütün bu hüquqularından istifadə etməkdən məhrum olunur, belə ki, onun ərizəsi və izahatına baxmayaraq, İcra Şöbəsi İcra haqqında qanunun 19.1.2-ci maddəsinin tələbini pozaraq iş üzrə icraatı dayandırmır, bu isə öz növbəsində xoşa gəlməyən nəticələrə gətirib çıxarır. Azərbaycan Respublikasının Konstitusiyasının 28.4-cü maddəsinə görə, Azərbaycan Respublikası vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ vardır. Qeyd olunanlara əsasən o, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Ərizəçi Borclu nümayəndəsi Nümayəndə məhkəmə iclasında şikayət ərizəsində göstərilənlərə uyğun izahat verdi. Məhkəmə iclasın yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq tələbkar və icra məmuru məhkəməyə gəlmədiyinə görə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-1121/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X3 övladı-30 iyun 2016-cı il təvəllüdlü X2 ilə hər həftənin bazar günü saat 11:00-dan 18:00-dək ünsiyyətdə olmaq hüququnun təmin edilməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli iş üzrə borclunun axtarışı haqqında qərardan görünür ki, borclu xx.xx.1988-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Borclu barəsində axtarış elan edilməsi, qərarın icra edilməsi üçün Abşeron Rayon Polis İdarəsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə ərizəçinin nümayəndəsini dinləyib, işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət ərizəsi təmin olunmamalıdır. Belə ki, Konstitusiyanın 129-cu maddəsinin müddəaları böyük əhəmiyyətə malikdir. Həmin maddənin tələblərinə görə məhkəmənin qəbul etdiyi qərarların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinadən bir daha qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. Ərizəçi Borclu Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 238557/2022- 4N-li qərarına xitam verilməsini xahiş etsə də, işin faktiki hallarından göründüyü kimi icra məmuru məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədilə haqlı şəkildə xx.xx.2022-ci il tarixli iş üzrə borclunun axtarışı haqqında qərar qəbul etmiş və Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 238557/2022- 4N-li qərarına xitam verilməsi üçün əsas əsaslar müəyəyn edilmir. Bundan əlavə Borclu şikayət ərizəsində "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun 18.1.2-ci maddəsinə istinad etmişdir. Lakin borclunun üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olmasına dair hər hansı sübut da məhkəmədə müəyyən edilməmişdir.Məhkəmə yuxarıda qeyd olunanları məcmu halında qiymətləndirərək ərizəçi Borclu Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 238557/2022-4N-li qərarına xitam verilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1121/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Maraqlı şəxs 238557/20222-27-6-004 saylı icra sənədi üzrə hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək icraatın dayandırılması öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmasına dair şikayət ərizəsi təmin edilməsini mümkün hesab etmir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 2 sentyabr 2015-ci il tarixli Qərarında göstərmişdir ki, qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Yuxarıda göstərilənlərə əsasən "İcra Haqqında" Azərbaycan Respublikasının Qanununun 87-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutub, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi Borclu Maraqlı şəxs xx.xx.2022-ci il tarixli, 238557/2022-4N-li qərarına xitam verilməsi, Abşeron Rayon Məhkəməsinin 2(012)-1121/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Maraqlı şəxs 238557/20222-27-6-004 saylı icra sənədi üzrə hərəkətlərinin keçirildiyi yerin hüdudlarına qayıdanadək icraatın dayandırılması öhdəliyinin Maraqlı şəxs üzərinə qoyulmasına dair şikayət ərizəsi təmin edilməsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-190/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-190/2023
03.04.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver