Məhkəmə qərarları › İş №8(012)-190/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-190/2024

08.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-190/2024 08.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, X1 tərəfindən Maraqlı şəxs icra məmuru Qəribağa Mirhəşimovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayətini nəzərdən keçirib MÜƏYYƏNETDİ: Maraqlı şəxs icra məmuru Qəribağa Mirhəşimovun xx.xx.2023-cü il tarixli qərarı ilə borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-nin, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara göndərilmiş sorğular nəticəsində onun mülkiyyətində heç bir əmlak aşkar edilmədiyindən, həmçinin borclu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra sənədində göstərilən ünvanına əmlak siyahıya alınması məqsədilə baxış keçirilərkən tələbin yönələ biləcəyi hər hansı dəyərli əmlak aşkar olunmadığından Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-1204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icrası mümkün olmadığı üçün Abşeron Rayon Məhkəməsinə geri qaytarılması qərara alınmışdır. X1 həmin qərardan şikayət verərək, Maraqlı şəxs icra məmuru Qəribağa Mirhəşimovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, cavabdeh "xxxx" MMC-yə qarşı 71700 manat pul tələbinə dair Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş, onun iddia tələbi təmin edilərək, həmin iddia üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 1204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Maraqlı şəxsnə göndərilmişdir. Sözügedən icra sənədi Maraqlı şəxs icra məmuru Qəribağa Mirhəşimovun icraatına daxil olmuş, icra məmuru Qəribağa Mirhəşimov isə icra üzrə qanuni tədbirlər görmədən əsassız olaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 23.1.3-cü maddəsinə istinad etməklə icra sənədinin Sumqayıt Kommersiya Məhkəməsinə geri qaytarılmasını qərara almışdır. Hesab edir ki, icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, borclu şirkət və rəhbəri faktiki olaraq eyni fəaliyyətlə məşğul olaraq qazanc əldə edir, lakin ona olan borcunu qaytarmır. İcra məmuru qətnamənin icrası ilə bağlı tədbir görməkdən yayınır, bu da onda icra məmurunun qətnamənin icrası ilə bağlı cavabdeh ilə əlbir olaraq qanunsuz fəaliyyət göstərməsi fikri yaradır. Maraqlı şəxs icra məmuru Qəribağa Mirhəşimovun xx.xx.2023-cü il tarixli qərarından onun təxminən 2024-cü ilin mart ayında məlumatı olmuşdur. Göstərilənlərə əsasən o, şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şikayəti tədqiq edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə istinad edərək hesab edir ki, X1 tərəfindən Maraqlı şəxs icra məmuru Qəribağa Mirhəşimovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Hazırki iş üzrə X1 “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından şikayətini Abşeron Rayon Məhkəməsinə versə də Maraqlı şəxs icra məmuru tərəfindən geri qaytarılmış 2-2(119)- 1204/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən sözügedən icra şöbəsinə verilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi Plenumu göstərmişdir ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın 3 gün müddətində icra sənədini vermiş məhkəməyə göndərildiyini və həmin məhkəməyə bu qərarın qanuniliyini yoxlamaq səlahiyyətinin verildiyini, həmçinin “İcra haqqında” Qanunun 20.2, 20.4 və 20.5-ci maddələrininsistemli əlaqədə və normativ vəhdətdə olduğunu nəzərə alaraq, tərəflərin də həmin qərardan məhz icra sənədini vermiş məhkəməyə şikayət verməsini qanuna uyğun hesab edir. Əks hal icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ilə bağlı müxtəlif məhkəmə qərarlarının qəbul edilməsinə səbəb ola bilər. Bununla yanaşı qeyd olunmalıdır ki, “İcra haqqında” Qanunun 20.5-ci maddəsində yalnız məhkəmələr tərəfindən verilmiş icra sənədi üzrə deyil, həmçinin digər orqanlar tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından şikayətin verilməsi nəzərdə tutulmuşdur. Məhz bu baxımdan qanunverici həmin maddədə “müvafiq məhkəmə” ifadəsindən istifadə etmişdir. “Müvafiq məhkəmə” ifadəsinə aydınlıq gətirərək Konstitusiya Məhkəməsinin Plenumu belə hesab edir ki, məhkəmə tərəfindən verilmiş icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından tərəflər həmin icra sənədini vermiş məhkəməyə, digər orqanların verdiyi icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarından isə məntiqi olaraq icra məmurunun olduğu yer üzrə məhkəməyə şikayət verə bilərlər. Beləliklə, qanunda edilən bu dəyişikliklər məhkəmə qərarlarının vaxtında və düzgün icrasını təmin etmək məqsədi daşıyır. İcra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı həmin mülki, iqtisadi və inzibati işin bilavasitə davamıdır və icra məmurunun bu qərarından şikayətə icra sənədini vermiş məhkəmə tərəfindən baxılması hüquqi müdafiə vasitələrinin əlçatanlığına və səmərəliliyinə xidmət edir. Hazırki şikayət ərizəsi də qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı olduğundan,məhkəmə hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd olunan hüquqi mövqeyinə əsasən şikayətə sözügedən icra sənədini qəbul etmiş Sumqayıt Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda məhkəmə hesab edir ki, MPM-in 152.1.3-cü maddəsinin müddəası hazırki ərizəyə qanunun analogiyası qaydasında tətbiq olunmalı və X1 tərəfindən Maraqlı şəxs icra məmuru Qəribağa Mirhəşimovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Maraqlı şəxs icra məmuru Qəribağa Mirhəşimovun “icra sənədinin qaytarılması haqqında” xx.xx.2023-cü il tarixli qərarından X1nun verdiyi şikayət ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar