Məhkəmə qərarları › İş №8(012)-193/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-193/2024

30.04.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-193/2024 30.04.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məşədiyeva Fidan Eynur qızının katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Yevlax rayon Məhkəməsinin 2(039)-785/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2800/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqinə əsasən, xx.xx.2018-ci il təvəllüdlü X2 müaliicəsi bitənədək (ən geci yetkinlik yaşına çatanadək) əlavə cərc qismində hər ay 50 manat cavabdeh Borclu tutularaq iddiaçı Tələbkar verilməlidir. xx.xx.2024-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Cəlal Səfərlinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Yevlax rayon Məhkəməsinin 2(039)-785/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 160 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməlidir. Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2800/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə görə xx.xx.2018-ci il təvəllüdlü X2 müalicəsi bitənədək (ən geci yetkinlik yaşına çatanadək) əlavə xərc qismində hər ay 50 manat Borclu tutularaq Tələbkar verilməlidir. İcra sənədləri müvafiq olaraq xx.xx.2021-ci il və xx.xx.2023-cü tarixlərində Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, borcluya tələbin könüllü icrası barədə bildirişlər təqdim edilmişdir. Borclu alimenti ödəməsi üçün X1 ünvanına dəfələrlə rəsmi xəbərdarlıq göndərilmişdir. Eyni zamanda görülmüş icra tədbirləri nəticəsində borcluya məxsus hər hansı əmlak və pul vəsaiti aşkar edilməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Alimenti müəyyən edilmiş qaydada ödəmədiyinə görə borclunun hər iki icra sənədi üzrə cəmi 2880 manat aliment borcu yaranmışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu ölkə sərhədlərini tərk etmişdir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Göstərilənləri nəzərə alaraq “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84-1.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231-ci maddələrini rəhbər tutaraq, Yevlax rayon Məhkəməsinin 2(039)- 785/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.1993-cü il tarixdə Ağdam rayonu, Kosalı kəndində anadan olmuş, ünvan 1 ünvanda yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. İcra sənədi üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsə də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası həmin şəxslərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Borclu Yevlax rayon Məhkəməsinin 2(039)-785/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Borclu Gəncə Apellyasiya Məhkəməsinin 2(104)-2800/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinin icra olunması barədə məlumat verilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “Borclunun axtarılması barədə” qərarının surətindən görünür ki, Borclu faktiki yaşadığı ünvan məlum olmadığı üçün onun axtarışının həyata keçirilməsi qərara alınmışdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1993-cü il tarixdə Ağdam rayonu, Kosalı kəndində anadan olmuş, Ağdam rayonu, Kosalı kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Borclu borc məbləği ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar