Məhkəmə qərarları › İş №8(012)-198/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-198/2023

27.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-198/2023 27.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarından tələbkar "xxxx" ASC tərəfindən verilmiş şikayət ərizəsini nəzərdən keçirib, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə, iddia təmin edilmiş, cavabdeh Borclu xx.xx.2018-ci il tarixli, **********01944115 saylı kredit müqaviləsinə əsasən 6014,54 manat əsas, 1665,71 manat faiz olmaqla cəmi 7680,25 manat məbləğində borc vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi borclunun ölmüş elan edilməsi göstərilmişdir. Tələbkar "xxxx" ASC Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə dair Abşeron Rayon İcra Şöbəsinin “İcraata xitam verilməsi haqqında” qərarını ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin e-2(012)-659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Borclu "xxxx" ASC-nin xeyrinə cəmi 7680,25 manat məbləğində kredit borcunun və 30 manat dövlət rüsumunun tutulması qət edilmiş və icra sənədi icra olunması üçün Abşeron rayon İcra şöbəsinə göndərilmişdir. Qətnamənin qəbul edilməsindən uzun müddət keçməsinə baxmayaraq cavabdeh Borclu tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Tələbkar "xxxx" ASC tərəfindən Abşeron rayon icra şöbəsinə göstərilən icra sənədi üzrə həyata keçirilmiş icra tədbirlərinin dəqiqləşdirməsilə bağlı müraciət ünvanlanmış, Maraqlı şəxs e121443/2021-27-22-006 saylı, xx.xx.2021-ci il tarixli məktubu və Abşeron rayon İcra şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixində Abşeron Rayon Məhkəməsinin e-2(012)-659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə icraata “İcra haqqında” AR Qanununun 20.1.3-cü maddəsi üzrə xitam verilməsi barədə qərar təqdim olunmuşdur. Lakin göstərilən qərar qəbul olunduğu tarixdə "xxxx" ASC-yə təqdim olunmadığından tələbkarın hüquqları pozulmuşdur. Abşeron rayon İcra şöbəsi tərəfindən qəbul olunmuş Abşeron Rayon Məhkəməsinin e-2(012)-659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə icraata xitam verilməsinə dair qərar onunla əsaslandırılmışdır ki, Borclu vəfat etmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən, icraat zamanı tərəflərdən biri sıradan çıxdıqda (fiziki şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə) icra məmuru qərar qəbul edərək, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada həmin tərəfi onun vərəsəsi və ya hüquq varisi ilə əvəz edir. Həmin qanunun 17-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat dayandırılması məcburidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər . “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.3-ci maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.2, 45.6, 45.8, 50 və 82-ci maddələrində qeyd edilən məcburi icra tədbirlərinin heç biri yerinə yetirməmiş və barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Onu da qeyd etmək lazımdır ki, Abşeron Rayon Məhkəməsinin e- 2(012)-659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi üzrə cavabdeh Borclu "xxxx" ASCyə hazırki tarixə qalıq borcu 7710,25 manat təşkil edir. Qeyd olunan məqamlarla da aydın olur ki, hazırki iş üzrə qəbul olunmuş qərarın ləğv olunması zərurəti vardır. Belə ki, Borclu məxsus bank hesablarında borclunun vəsaitinin olub-olmaması, borclunun adına vərəsəlik işinin açılıb-açılmaması barədə məlumat yoxdur. Odur ki, şikayət ərizəsinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Tərəflər məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası onların iştirakı olmadan keçirilmişdir. Məhkəmə şikayət ərizəsini tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq, hesab edir ki, şikayət ərizəsi əsaslı olduğundan təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 85.1-ci maddəsinə əsasən icra hərəkətlərinin həyata keçirilməsi (icraata başlanması, icra ödənişinin tutulması, cərimə tətbiq olunması və s.) icraatda iştirak edən tərəflərin və digər şəxslərin maraqlarına toxunduqda, icra məmuru müvafiq qərar qəbul edir. İş materiallarından aydın olur ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-659/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, iddia təmin edilmiş, cavabdeh Borclu xx.xx.2018-ci il tarixli, **********01944115 saylı kredit müqaviləsinə əsasən 6014,54 manat əsas, 1665,71 manat faiz olmaqla cəmi 7680,25 manat məbləğində borc vəsaitin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmiş, Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarına əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü və 20.2-ci maddələrinə əsasən icra sənədinə xitam verilmiş və əsas kimi borclunun ölmüş elan edilməsi göstərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən məhkəmənin müəyyənləşdirdiyi hüquq münasibəti vərəsəliyə və ya hüquq varisliyinə yol verirsə, borclu öldükdə, ölmüş və ya xəbərsiz itkin düşmüş elan edildikdə, habelə borclunun iflası barədə məhkəmə icraatına başlandıqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 19.1.1-ci maddəsinə əsasən borclu öldüyü halda - müvafiq olaraq vərəsələr və ya hüquq varisləri müəyyən edilənədək icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsinə əsasən tələbkar və ya borclu öldükdə əgər məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun əmlakını idarə edən şəxsə keçə bilməzsə icraata xitam verilir. Lakin icra məmuru vərəsənin müəyyən edilməsi ilə bağlı qanunvericliklə müəyyən edilən müddətin başa çatıb-çatmamasını, həmçinin məhkəmə və ya digər orqanın qərarı ilə müəyyən edilmiş tələblər və ya vəzifələr həmin şəxsin vərəsəsinə keçib-keçməməsini müəyyən etməyərək icra sənədinin icraatına xitam vermişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarı ləğv edilməli və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-659/2021 saylı, xx.xx.2021ci il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şikayət təmin edilsin. Maraqlı şəxs xx.xx.2021-ci il tarixli qərarı ləğv edilsin və icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-659/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi Maraqlı şəxsnə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar