Məhkəmə qərarları › İş №8(012)-198/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-198/2024

01.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-198/2024 01.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin 8(012)-134/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Abşeron Rayon Məhkəməsinin 2(012)-3653/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddia tələbi təmin edilmiş, cavabdehlər Borclu və X2 müştərək qaydada 2325 manat əsas borc və 53,82 manat faiz borcu, cəmi 2378,82 manat məbləğində 26 may 2022-ci il tarixinə olan kredit borcu və ödənilmiş 43,79 manat manat borc alınaraq iddiaçı «X8» Bakı filialına ödənilməsi qət edilmişdir. Abşeron Rayon Məhkəməsinin 8(012)-134/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərardadına əsasən Borclu mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən ünvanda 0,02 ha torpaq sahəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən ünvanda 0,02 ha torpaq sahəsinin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatını onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-3653/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən Borclu 2378,82 manat məbləğində pul vəsaiti və 43,79 manat dövlət rüsumu tutularaq tələbkar "X8" Bakı Filialının xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, Elektron İcra İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən ünvanda 0,02 ha torpaq sahəsi müəyyən edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədilə Abşeron Rayon Məhkəməsinin 8(012)-134/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən X4 mülkiyyətində olan torpaq sahəsinin üzərinə həbs qoyulmuşdur. İcra sənədi üzrə tələbkar "X8" Bakı filialı şöbəyə ərizə ilə müraciət edərək icra sənədi üzrə qeyd edilən banka borc öhdəliyinin tam yerinə yetirilməsi ilə əlaqədar icraata xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan tələbkar «X8» Bakı filialı tərəfindən Abşeron Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış 16 fevral 2024-cü il tarixli, 2024-149 saylı icra sənədinin geri qaytarılması haqqında ərizədən görünür ki, borclular Borclu və X1 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-3653/2022 saylı qətnaməsi üzrə banka borc öhdəliklərini 16 fevral 2024-cü il tarixində tam yerinə yetirdiklərindən tələbkar «X8» Bakı filialı sözügedən icra sənədinin geri qaytarılmasını və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən ünvanda 0,02 ha torpaq sahəsinin üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-134/2023 saylı, 20 fevral 2023-cü il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən ünvanda 0,02 ha torpaq sahəsinin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar