Məhkəmə qərarları › İş №8(012)-202/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-202/2024

06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-202/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5445/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 manat sabit pul məbləğində alimentin Borclu tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin böyük icra məmuru Qəribağa Mirhəşimov təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 5445/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Borclu bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 175 manat sabit pul məbləğində borc pul tutulub Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə “İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu heç bir üzrlü səbəb göstərmədən könüllü icra üçün verilmiş müddətdə icra tələbini tam təmin etməmişdir. Borclu ölkəni tərk etmək ehtimalı olduğu məlum olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu fiziki şəxs ölkəni tərk etmək niyyətindədir. Odur ki, borclu fiziki şəxs Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədə müvafiqdir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəmə iclasında izahat verərək bildirdi ki, Borclu Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5445/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən müəyyən olunmuş aliment məbləği üzrə ona vaxtında ödəniş etməmişdir və borclunun ona sözügedən icra sənədi üzrə 5000 manat məbləğində aliment borcu vardır. Hətta borclu aliment borcunu ödəmədiyindən 15 gün müddətində inzibati qaydada həbs olunmuşdur. Borclu sonuncu dəfə ona təqribən 1000 manat məbləğində ödəniş etmiş, daha sonra isə aliment məbləğini ödəməmişdir. 8 aydır ki, övladının saxlanması üçün bütün xərcləri o, çəkir. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, o, hazırda işləmir, kirayə evdə yaşayır, həmçinin 84 yaşlı anasına baxır. O, Tələbkar sonuncu dəfə 1500 manat məbləğində ödəniş etmişdir və onun hazırda 4600 manat məbləğində aliment borcu vardır. Onun müalicə məqsədilə xarici ölkəyə getmək niyyəti vardır. Odur ki, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1971-ci il təvəllüdlü, İrəvan şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şosesinin şimalı ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5445/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1971-ci il təvəllüdlü, İrəvan şəhərində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, Masazır şosesinin şimalı ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar