Məhkəmə qərarları › İş №8(012)-207/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-207/2023

30.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-207/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədirliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Tələbkar barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Tələbkar tərəflərin birgə nikahlarından doğulmuş ayzaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 10:00-dək ananın iştirakı olmadan gecə qalmaq şərti ilə ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Tələbkar məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən, Tələbkar tərəflərin birgə nikahlarından doğulmuş ayzaşlı övladları xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 ilə hər həftənin şənbə günü saat 10:00-dan bazar günü saat 10:00-dək ananın iştirakı olmadan gecə qalmaq şərti ilə ünsiyyətdə olması üçün görüş vaxtının müəyyən edilməsi qərara alınmışdır. İcra sənədi xx.xx.2023-cü il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. İş üzrə borclu X1 ərizə ilə şöbəyə müraciət edərək Tələbkar uşaqlarla görüşərkən uşaqları geri qaytarmadığını bildirmişdir. Sonrakı müddət ərzində Tələbkar dəfələrlə yazılı və şifahi qaydada xəbərdar olunmasına baxmayaraq, icra məmuru tərəfindən Abşeron rayon icra və probasiya şöbəsinə gəlməsi barədə çağırışlara məhəl qoymayaraq, şöbəyə gəlməmiş və gəlməməsinin səbəbləri barədə şöbəyə heç bir məlumat verməmişdir. Bu hərəkətləri ilə tələbkar icra sənədi üzrə tələbi icra etməkdən yayınmışdır. Odur ki, borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Belə olan halda borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən, o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, Tələbkar yanvar ayının 21-də uşaqları aparmış və uşaqlara onu (analarını) öldürəcəyi ilə hədə-qorxu gəlmişdir. Onun 3 qız övladı vardır. Odur ki, o, təqdimatın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və borclu səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat rədd olunmalıdır. Belə ki, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədindən göründüyü kimi Tələbkar, Borclu isə borcludur. Lakin buna baxmayaraq, Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatında Tələbkar məcburi qaydada gətirilməsini xahiş etmişdir. İcra sənədi ilə təqdimatın məzmunu arasında uyğunsuzluq olduğundan məhkəmə hesab edir ki, Tələbkar barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Tələbkar barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatı rədd edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar