Məhkəmə qərarları › İş №8(012)-209/2022

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-209/2022

15.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-209/2022 15.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Tələbkar iştirakı ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron rayon Məhkəməsinin 2(012)-3418/2021 saylı, 03.12.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar 12.05.2013-cü il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 10:00-dan saat 18:00-dək görüş verilməsi qət olunmuşdur. 30.03.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 3418/2021 saylı, 03.12.2021-ci il tarixli icra sənədinə əsasən Tələbkar 12.05.2013-cü il təvəllüdlü X1 ilə hər həftənin bazar günü saat 10:00-dan saat 18:00-dək görüş verilməsi qət olunmuşdur. İcra sənədi 05.01.2022-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Bütün bunlara baxmayaraq borclu şəxs tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Borclunun isifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılmış, həmçinin, borcluya Sms bildiriş göndərilmiş, lakin o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. Belə olan halda Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Ona görə də Borclu məcburi qaydada gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Tələbkar təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, o, uzun müddətdir övladını görməmiş və borclu tərəfindən buna şərait yaradılmamışdır. Təqdimatı vermiş şəxs və iş üzrə borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmiş, məhkəmə iclası təqdimatı vermiş şəxsin və borclunun iştirakı olmadan keçirilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun gətirilməsi çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. İş materiallarında olan 19.01.2022-ci il tarixli icraata başlamaq haqqında qərarın surətindən və həmin tarixli bildirişin surətindən görünür ki, həmin tarixdə icra sənədi üzrə icraata başlanılmış, Borclu icra sənədinin icra olunması barədə məlumat verilmiş, lakin üzürsüz səbəbdən o, Abşeron rayon İcra və Probasiya şöbəsinə gəlməmiş və icra sənədini icra etməkdən yayınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun bildiriş göndərməsinə, telefon və sms vasitəsilə çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli və Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqdimat təmin edilsin. Abşeron rayon Məhkəməsinin 2(012)-3418/2021 saylı, 03.12.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq xx.xx.1994-cü il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində anadan olmuş, Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 6 ünvanında qeydiyyatda olan Borclu Abşeron rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilsin. Qərardadın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar