Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-209/2023 30.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Məmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi Borclu iştirakı ilə, Ərizəçi Borclu Abşeron Rayon Məhkəməsinin 2(012)-4628/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin hissə - hissə icra edilməsi barədə ərizəsinə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 2(012)-4628/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Borclu tələb olunan 3416,54 manat borcdan 1659,67 manatın silinməklə 1756,87 manat və ödənilmiş 28 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Ərizəçi Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)- 4628/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-yə onun tərəfindən ödəniləcək 1756,87 manat məbləğində borcun hər ay 50 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Borclu məhkəməyə tələbin dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, Abşeron Rayon Məhkəməsinin 2(012)-4628/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-yə onun tərəfindən ödəniləcək 1756,87 manat məbləğində borcun hər ay 100 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Borclu məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, iddiaçı "xxxx" ASC məhkəmədən onun istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 3416,54 manat borc və ödənilmiş 54,56 manat məbləğində dövlət rüsumunun ondan tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)- 4628/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi qismən təmin edilərək, ondan tələb olunan 3416,54 manat borcdan 1659,67 manatın silinməklə 1756,87 manat və ödənilmiş 28 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldığı üçün icra olunmasından ötrü Maraqlı şəxsnə göndərilmişdir. Abşeron rayon Məhkəməsinin 2(012)-4628/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Qəribağa Mirhəşimovun icraatındadır. İcra məmurru tərəfindən xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir və 1756,87 manat məbləğində olan borc pulu ondan birdəfəlik ödəməyini tələb edir. O, ahıl yaşlı vətəndaşdır. Heç bir yerdən gəliri yoxdur. Özü işsizdir. 1756,87 manat məbləğində pulu birdəfəlik ödəməyə onun gücü çatmır. Çünki maddi cəhətdən sıxıntılar çəkir və ailəsini güclə dolandırır. 1756,87 manat məbləğində pul onun üçün böyük puldur. O, iş olan zaman fəhlə işləyərək, ailəsini dolandırmağa çalışır. Bəzən elə vaxtlar olur ki, günlərlə gözləsə də, heç fəhlə işini də tapa bilmir. Bildirmək istəyir ki, 1756,87 manat məbləğində pulu o, birdəfəlik ödəməsə onu həbs edəcəklərini bildirirlər. O həbs olunsa həm özü, həm də ki, ailəsi çətin vəziyyətdə qalacaqdır. Ona görə ərizə ilə məhkəməyə müraciət etməyinin səbəbi həmin pulun hissə-hissə ödənilməsi üçün ona möhlət verilməsini istəyir. Qeyd olunanlara əsasən, o, ərizəsinin təmin edilməsini xahiş etdi. Tələbkar və Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq icra məmuru və tələbkar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını məqsədə müvafiq saymışdır. Məhkəmə ərizəçini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə - hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borlcunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Şərh olunan hüquq normalarına istinad edərək borclunun əmlak vəziyyətini, yəni tələb olunan pul məbləğini birdəfəlik ödəmək iqtidarında olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-4628/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi hər ay 100 manat olmaqla hissə - hissə icra edilməsi tələbkarın mənafeyinə xələl gətirmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263, 264, 266-268-ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Ərizə təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-4628/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qət edilmiş "xxxx" ASC-yə ödəniləcək 1756,87 manat məbləğində borc, hər ay 100 manat olmaqla hissə-hissə Borclu tutularaq "xxxx" ASC-yə ödənilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron rayon məhkəməsinə şikayət verilə bilər. HAKİM: ELMAN MƏMMƏDOV
Məhkəmə qərarları › İş №8(012)-209/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-209/2023
30.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver