Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-209/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin rəisi Ayaz Nuqaylının təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Füzuli Rayon Məhkəməsinin 2(064)-236/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iddia tələbi qismən təmin edilmiş, cavabdeh Borclu iddiaçı "xxxx" MMC-nin xeyrinə 1883 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1933 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat pul vəsaitinin tutulması qət edilmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin rəisi Ayaz Nuqaylı təqdimatla məhkəməyə müraciət edərək, borclu fiziki şəxs Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin rəisi Ayaz Nuqaylı təqdimatı onunla əsaslandırmışdır ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-236/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, cavabdeh Borclu iddiaçı "xxxx" MMC-nin xeyrinə 1883 manat əsas borc, 50 manat cərimə borcu olmaqla, cəmi 1933 manat pul və ödənilmiş dövlət rüsumuna görə 30,40 manat pul vəsaiti tutulmalıdır. Qeyd olunan icra sənədi Füzuli rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, sonradan icra sənədi aidiyyəti üzrə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuşdur. Lakin könüllü icra müddətinin bitməsinə baxmayaraq icra sənədi üzrə tələb tam olaraq borclu tərəfindən təmin olunmamışdır. Elektron İcra İnformasiya Sistemi vasitəsilə borclunun əmlak vəziyyəti ilə bağlı sorğu edilmiş, adında heç bir mülkiyyət və gəlir müəyyən edilməmişdir. Belə olan halda Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən, o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1990-cı il təvəllüdlü, Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuş, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, Aqrotexservisin inzibati binasında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Füzuli Rayon Məhkəməsinin 2(064)-236/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1990-cı il təvəllüdlü, Füzuli rayonunun Yağlıvənd kəndində anadan olmuş, Füzuli rayonu, Yağlıvənd kəndində qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, 31-ci məhəllə, Aqrotexservisin inzibati binasında yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №8(012)-209/2024
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-209/2024
06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver