Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-21/2025 21.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vadim Əliyev təqdimatla məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-2392/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasını təmin etmək məqsədilə tələbin Borclu məxsus əmlaklara həbs qoyulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimata görə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-2392/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinə əsasən Borclu birgə nikah dövründə alınmış ** SU *** dövlət nömrə nişanlı, Toyota Prius minik markalı avtomobilin dəyəri 13000 manat məbləğində pulun 2/1 hissəsi yəni 6500 manat və digər qərara əsasən 8763 manat borc 107.63 manat dövlət rüsum:t tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə Abşeron rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlama haqqında qərar qəbul olunaraq tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Lakin icra sənədinin icrası hazırkı vaxta qədər borclu tərəfindən yerinə yetirilməmişdir. Borclu mülkiyyətində olan 01CR597 dövlət nömrə nişanlı, X1 Hibrid minik və 01CR490 dövlət nömrə nişanlıX1 Hibrid minik markalı avtomobillərin olması müəyyən edilmişdir. Belə olan halda Borclu barəsində məcburi icra tədbirlərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Göstərilənləri nəzərə alaraq və “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsini rəhbər tutaraq, yuxarıda qeyd olunan icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu mülkiyyətində olan 01CR597 dövlət nömrə nişanlı, X2 minik və 01CR490 dövlət nömrə nişanlı X1 Hibrid markalı avtomobillərin üzərinə həbs qoyulması qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Borclu təqdimata etiraz edərək bildirdi ki, tələbkara cəmi 10 min 863 manat borcu var. Hər ay standart 100 manat ödəniş edir. Onun adına olan avtomobillər əslində ona məxsus deyil, sadəcə sənə üzrə ona məxsusdur. Hazırda onun istifadəsində və sərəncamında deyil. O, təqdimatın təmin edilməməsini xahiş etdi. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələbkar və təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunu dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat qismən təmin edilməlidir. Təqdimatdan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən cehiz əşyaları olan böyük masa, 6 ədəd stul, 3 ədəd xalça, şirəçəkən maşın çəkən maşın, mikser, qaşıq dəsti çamadanda, toklu boyuk somavar, tərəvəz doğrayan, blendr, çay dəsti 2 ədəd, bakal dəsti 12 ədəd Schafer, 6 ədəd bakal dəsti, yemək servisi shafer, xrustal meyvə qabı 2 ədəd, xustal güldan və sadə güldan, xrustal mürəbbə qabı, pərdələr lyustrlar, yataq dəsti şifoner,yataq, tirmo, 2 eded balaca skaf, komod, televizor, 2 eded suni yorğan, yorğan döşək desti yun, pakrival dəsti, emək dəsti servis mətbəx üçün, meyvə qabı, çərəz qabı 2 ədəd, süfrələr, döşəkçələr yun, tərəvəz bişirən aparat buxarda, qazan tava dəsti Borclu alınaraq Tələbkar ödənilməsi, birgə nikah dövründə əldə edilmiş “**-SU- *** dövlət nömrə nişanlı, “Toyoto Prius” minik markalı avtomobilin dəyəri 13000 manat məbləğində pulun ½ hissəsi, yəni 6500 manat Borclu tutularaq Tələbkar verilməsi, həmçinin Abşeron Rayon Məhkəməsinin 2(012)-2392/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən iddia qismən təmin edilmiş, Borclu adına rəsmi reyestr qeydiyyatından keçmiş Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev pr, məhəllə 30, bina 6, 119 saylı mənzilə görə ödənilmiş 17526 manat məbləğində pulun ½ hissəsi, yəni 8763 (səkkiz min yeddi yüz altmış üç) manat pul və ödənilmiş dövlət rüsumuna görə 107,63 (yüz yeddi manat altmış üç qəpik) manat pul Borclu tutularaq Tələbkar Səfaı qızına verilməsi qət edilmişdir. Borclu icra sənədi üzrə borcunu ödəməkdən yayınmışdır. “Elektron İcra” informasiya sistemindən çıxarışa əsasən Borclu məxsus olan 01CR597 dövlət nömrə nişanlı, X1 Hibrid minik və 01CR490 dövlət nömrə nişanlıX1 Hibrid minik markalı avtomobillərin olduğu müəyyən edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.1-ci maddəsinə əsasən, icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 ay müddətində, təxirəsalınmaz hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 50.2-ci maddəsinə görə borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, Abşeron rayon İcra və Probasiya Şöbəsinin təqdimatı qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-2392/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu məxsus “01CR597 dövlət nömrə nişanlı, X1 Hibrid minik markalı avtomobilin üzərinə həbs qoyulmalıdır. Təqdimat qalan hissədə təmin edilməməlidir. Belə ki, borclunun tələbkara olan ümumi borcu ilə üzərinə həbs qoyulan əmlakın dəyərinin mütənasibliyi baxımından məhkəmə digər əmlakın üzərinə həbs qoyulmasını məqsədəmüvafiq hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-420/2023 nömrəli, xx.xx.2023-cü il tarixli və Abşeron Rayon Məhkəməsinin 2(012)-2392/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrası ilə əlaqədar Borclu məxsus 01CR597 dövlət qeydiyyat nişanlı, X1 Hibrid minik markalı avtomobil üzərinə həbs qoyulsun. Qərardadın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə həvalə edilsin. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №8(012)-21/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-21/2025
21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver