Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-211/2023 29.03.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, Tələbkar Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Borclu iştirakları ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-433/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, X1 və Borclu 215184.1 manat pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Qəribağa Mirhəşimovun Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı məhkəmənin icraatına daxil olmuşdur. Təqdimatdan və icra işinin materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-433/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən, X1 və Borclu 215184.1 manat pul vəsaiti tutularaq Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2021-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə ‘‘İcraata başlamaq haqqında” qərar tərəflərə göndərilmiş, eyni zamanda, bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Borclu icra məmuru tərəfindən dəfələrlə icra şöbəsinə dəvət olunsa da, o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq icra şöbəsinə gəlməmiş və bu barədə icra məmuruna heç bir məlumat verməmişdir. Həmçinin, tələbkara olan borcundan heç bir ödəniş etməmişdir. Bu hərəkətləri ilə borclu icra sənədi üzrə tələbi icra etməkdən yayınmış və icra məmurunun çağırışlarına məhəl qoymamışdır. Aparılmış icra tədbirləri nəticəsində məlum olmuşdur ki, borclu ölkəni tərk etmək niyyətindədir. Odur ki, Borclu ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulması məqsədəmüvafiqdir. Ona görə də Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-433/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, ünvan 1 ünvanında yaşayan Borclu (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Tələbkar ASC-nin nümayəndəsi Nümayəndə təqdimatı qəbul edərək təmin olunması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, icra sənədi üzrə mübahisə predmeti olan əmlak hərraca çıxarılmış, satışdan əldə olunmuş pul vəsaiti hesabına borc ödənilmişdir. Lakin qalıq borc ödənilməmiş, ona görə də təqdimatın təmin olunması məqsədəmüvafiqdir. Məhkəmə iclasında iştirak etmiş Borclu təqdimata münasibət bildirərək izahatında göstərmişdir ki, onun ölkədən çıxmasına zərurət yoxdur. Bu səbəbdən də, təqdimatın təmin olunması ilə bağlı mülahizəni məhkəməyə buraxır. Onun bir evi olmuş, həmin evini də satıb borcunu ödəmişdir. Dəfələrlə banka müraciət edərək qrafik əsasında borcun ödənilməsini xahiş etmişdir. Nəticədə, müflis olmuşdur ki, Bakıda yaşamağa yeri olmadığından Biləsuvarda yaşayır. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata həmin şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdimatı və icra işini nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Abşeron rayon İcra və Probasiya şöbəsinin xx.xx.2021-ci il tarixli icraata başlamaq haqqında qərarının və bildirişinin surətindən görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-433/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və tələbin on gün müddətində könüllü icra edilməsi barədə bildiriş ünvan üzrə tərəflərə göndərilmişdir. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. Eyni zamanda, təqdimata əlavə olunmuş borclu şəxs barəsində kompüter məlumat çıxarışından məlum olur ki, Borclu adına hər hansı bir əmlak qeydiyyata alınmamışdır. Göründüyü kimi, icra məmuru icra hərəkətlərinin ardıcıllığını yerinə yetirmiş və növbəti, yəni, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə icra hərəkətlərinin edilməsinə əsas yaranmışdır. Belə ki, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Məhkəmə təqdimatı və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün Borclu ölkədən getmək hüququ icra sənədi tam icra olunanadək məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Təqdimat təmin edilsin. xx.xx.1993-cü il tarixdə Naxçıvan Muxtar Respublikası, Şərur rayonu, Aralıq kəndində anadan olmuş, Abşeron rayonu, Xırdalan şəhəri, A.Qəhrəmanov küçəsi, döngə 1, 8 saylı mənzildə qeydiyyatda olan və yaşayan Borclu borc məbləği ödənilənə kimi ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardad tərəfə rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində ondan Abşeron rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-211/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-211/2023
29.03.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver