Məhkəmə qərarları › İş №8(012)-211/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-211/2024

06.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-211/2024 06.05.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayevin təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-115/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, iddia tələbi təmin edilmiş, cavabdeh Borclu 3200 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə Azərbaycan manatının məzənnəsinə uyğun olmaqla və 30 manat dövlət rüsumunun pul əvəzinin alınaraq iddiaçı Tələbkar verilməsi qərara alınmışdır. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququnun icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatı onunla əsaslandırmışdır ki, Kəlbəcər rayon Məhkəməsinin 2(040)-115/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 3200 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar Ələs.gərova Nailə Salman qızının xeyrinə ödənilməlidir. Göstərilən icra sənədi xx.xx.2023-cü il tarixdə icraata daxil olmuş və “İcraata başlama haqqında” qərar hər iki tərəfə göndərilmişdir. Belə ki, iş üzrə Borclu hazırki vaxta qədər icra vərəqəsi üzrə göstərilən tələbi icra etməmişdir. Belə olan halda icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu barəsində məcburi icra tədbirləri görülməsi zərurəti yaranmışdır. Qeyd edilənlərə əsasən o, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar məhkəməyə teleqram ünvanlayaraq, Bakı şəhərindən kənarda işləməsi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, pul tələbində israrlı olduğunu, borclunun onun dəfələrlə möhlət verməsinə nail olduqdan sonra məharətlə gizləndiyinə, hər dəfə ona əlavə xərclər yaratdığına, danışığa getmədən anası və vəkili ilə nalayiq və hörmət göstərmədən davrandığına görə heç bir güzəştə getmədən pulunu tələb etdiyini bildirmişdir. Borclu məhkəmə iclasında izahat verərək bildirdi ki, Tələbkar onun bibisi nəvəsidir və tələbkar ona 1716 manat məbləğində borc pul vermişdir. O, sözügedən icra sənədi üzrə borcunun müəyyən hissəsini qaytarmışdır. Onun himayəsində azyaşlı uşaqları vardır, həmçinin o, yaşlı atasına baxır. Qeyd edir ki, o, pul qazanmaq üçün yük maşını sürərək xarici ölkələrə gedir. Odur ki, təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək, işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Təqdimat və ona əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, Borclu tərəfindən icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Beləliklə, məhkəmə işin faktiki hallarını və toplanmış sübutları qiymətləndirərək hesab edir ki, təqdimat təmin edilməli, icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1982-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3da yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılmalıdır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-115/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinin icrasını təmin etmək üçün xx.xx.1982-ci il təvəllüdlü, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3da yaşayan Borclu ölkədən (Azərbaycan Respublikası hüdudlarından) getmək hüququ icra vərəqəsi üzrə borc məbləği tam ödənilənə kimi müvəqqəti məhdudlaşdırılsın. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına məlumat verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar