Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-214/2022 15.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon Məhkəməsinin 2(012)-706/2018 saylı, 23.02.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. 30.03.2022-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar Borclu məcburi gətirilməsi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı Abşeron Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Təqdimat onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin 2(012)- 706/2018 saylı, 23.02.2018-ci il tarixli icra sənədinə əsasən Borclu 1 azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar ödənilməsi qət olunmuşdur. İcra sənədi 04.06.2018-ci il tarixdə Abşeron rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlama haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə və aidiyyəti məhkəməyə göndərilmişdir. Bütün bunlara baxmayaraq borclu şəxs tərəfindən icra sənədi üzrə tələb icra edilməmişdir. Borclunun isifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılmış, lakin o, icra məmurunun çağırışlarına məhəl qoymayaraq şöbəyə gəlməmişdir. Belə olan halda Borclu məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. Ona görə də Borclu məcburi qaydada şöbəyə gətirilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Təqdimatı vermiş şəxs, tələbkar və borclu məhkəmə iclasına dəvət edilsələr də, məhkəmə iclasına gəlməmişlər, məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmişdir. Məhkəmə təqdimatı və iş materiallarını tədqiq edərək hesab edir ki, təqdimat təmin olunmamalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunun birbaşa tələbindən görünür ki, məcburi gətirilmə şəxsin iradəsi əleyhinə məcburi qaydada tətbiq olunan məcburiyyət tədbiridir və bu, yalnız icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzürsüz səbəbdən yayınan şəxslərə şamil oluna bilər. İcra orqanı təqdimata icraata başlamaq haqqında qərarın və bildirişin surətini əlavə etsə də, bildirişin borcluya çatması barədə və digər aparılmış zəruri icra tədbirləri barədə sənədlərini məhkəməyə təqdim etməmişdir. Bununla da məhkəmə qərar qəbul edərkən icra məmurunun təqdimatına istinad etməlidir ki, təqdimat da öz növbəsində müvafiq sənədlərlə əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi qaydada gətirilməsi barədə icra məmurunun təqdimatı əsaslandırılmadığından və müvafiq sübutlar əlavə edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 267-268-ci maddələrini və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Nicat Ramazaninin təqdimatı təmin edilməsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №8(012)-214/2022
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-214/2022
15.04.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver