Məhkəmə qərarları › İş №8(012)-216/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-216/2025

11.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-216/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Tələbkar iştirakı ilə, Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin tərəfindən verilmiş “borclunun məcburi gətirilməsi” barədə təqdimata Xırdalan şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayev təqdimatla məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 3213/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq Borclu barəsində “borclunun məcburi gətirilməsi” tədbirinin tətbiq edilməsi və həmin tədbirin Abşeron rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimatdan görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3213/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu 05 aprel 2021-ci il tarixdən başlayaraq, tərəflərin birgə nikahından anadan lolmuş 08 yanvar 2007-ci il təvəllüdlü X3, 11 mart 2008-ci il təvəllüdlü X2 və 14 iyun 2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay, hər uşaq üçün 175 manat olmaqla, cəmi 525 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrası ilə əlaqədar, icra sənədi üzrə Borclu xx.xx.2021-ci il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş borclunun ünvanına göndərilmiş, eyni zamanda borcluya məxsus mobil nömrələrə də göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3213/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədə müvafiqdir. Məhkəmə iclasında iştirak edən Tələbkar təqdimatın təmin edilməsini xahiş etdi. O, bildirdi ki, borclu artıq 5 ildir ki, aliment ödəmir və 24 minə yaxın borcu var. Bütün bunları nəzərə alaraq, məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. İcra sənədi üzrə Borclu məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini və təxirə salınmasını xahiş etmişdir. Lakin borclu məhkəmə iclasında hansı üzürlü səbəblərdən iştirak edə bilməyəcəyini bildirməmişdir. Təqdimata baxılmasının yeri və vaxtı barədə bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə təqdimat vermiş şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə təqdimata borclu və təqdimat vermiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tələbkarı dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə Borclu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3213/2021 saylı, xx.xx.2021-ci tarixli icra sənədinin icrası barədə məlumatlandırılmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsində göstərilmişdir ki, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, icra sənədi üzrə Borclu Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-3213/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi barədə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Kənan Abdullayevin çağırışı ilə gəlməkdən yayındığından onun barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 prospekti, 6 inzibati bina ünvanında qeydiyyatda olan yaşayan Borclu iş saatlarında, yəni saat 09.00-dan 18.00-dək Abşeron rayon İcra və Probasiya şöbəsinə məcburi gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Abşeron rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar