Məhkəmə qərarları › İş №8(012)-22/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-22/2025

27.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-22/2025 27.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Borclu iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 8(012)-1278/2015 saylı, 21 dekabr 2015-ci il tarixli qərardadı ilə bağlı Borclu mülkiyyətində olan əmlakın üzərinə qoyulmuş həbsin götürülməsi barədə Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Tələbkar xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 80 manat məbləğində cərimə məbləği tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmışdır. Abşeron Rayon Məhkəməsinin 8(012)-1278/2015 saylı, 21 dekabr 2015-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Vaz-21074” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Vaz-21074” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərindən həbsin götürülməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədov təqdimatında göstərmişdir ki, Tələbkar xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən Borclu 80 manat məbləğində cərimə məbləği tutularaq dövlət nəfinə ödənilməsi qərara alınmış, İcra sənədi Abşeron rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. Belə ki, Elektron İcra İnformasiya Sistemindən əldə olunmuş sorğu məlumatına çıxarışa əsasən müəyyən olunmuşdur ki, Borclu adına “Vaz-21074” minik markalı **- SN-*** dövlət qeydiyyat nişanlı avtomobil vardır. Abşeron Rayon Məhkəməsinin 8(012)-1278/2015 saylı, 21 dekabr 2015-ci il tarixli qərardadına əsasən Borclu məxsus “Vaz-21074” minik markalı **- SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması qərara alınmışdır.Borclu icra sənədi üzrə borcunu tam ödədiyinə görə xx.xx.2024-ci il tarixində “İcra Haqqında” AR Qanununun 20.1.4.1-ci maddəsinə əsasən icra işinə xitam verilmişdir. Qeyd olunanlara əsasən o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu məhkəmə iclasında izahatında bildirdi ki, ona məxsus “Vaz-21074” minik markalı **- SN-*** dövlət qeydiyyat nişanlı avtomobil satılıb.Etibarnamə ilə başqa şəxsə verilmişdir.Cərimə meydançasına yerləşdirilməyib. Sistemdə “Vaz-21074” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində həbs qalmışdır.2015-ci ildə cərimə olunmuşdur.Cəriməni ödəmişdir.Odur ki, təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və tələbkar səbəbini bildirmədən məhkəməyə gəlmədiklərindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, icra sənədi üzrə tələb ödənildiyi üçün Borclu məxsus olan “Vaz-21074” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobil üzərində həbsin saxlanılması Borclu mülkiyyət hüququnun pozulması ilə nəticələnir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 266 və 269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Orxan Məmmədovun təqdimatı təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 8(012)-1278/2015 saylı, 21 dekabr 2015-ci il tarixli qərardadı ləğv edilsin və Borclu məxsus olan “Vaz-21074” minik markalı **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar