Məhkəmə qərarları › İş №8(012)-221/2025

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №8(012)-221/2025

03.04.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 8(012)-221/2025 03.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, X1 ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması barədə Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılovun təqdimatına Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-115/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə iddia təmin edilməsi, iddiaçı Tələbkar ilə mərhum X3 birgə nikahlarından xx.xx.2016-cı ildə doğulmuş X4 və 15 oktyabr 2019-cu ildə doğulmuş X6 cavabdeh Borclu alınaraq ataları iddiaçı Tələbkar himayəsinə verilmələri qərara alınmışdır. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılov təqdimatla məhkəməyə müraciət edərək, Kəlbəcər rayonu,Kəlbəcər şəhəri, 20 yanvar küçəsi,ev 115 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Borclu barəsində, onun Abşeron rayon İcra və probasiya şöbəsinə həftənin iş günlərində, iş saatlarında, yəni saat 09:00-dan 18:00-dək vaxt müddəti ərzində məcburi gətirilmə tədbirinin tətbiq olunması və həmin tədbirin Abşeron Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Orxan İsmayılovun təqdimatı onunla əsaslandırmışdır ki, Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-115/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən iddiaçı Tələbkar ilə mərhum X3 birgə nikahlarından xx.xx.2016-cı ildə doğulmuş X4 və 15 oktyabr 2019-cu ildə doğulmuş X6 cavabdeh Borclu alınaraq ataları iddiaçı Tələbkar himayəsinə verilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə şöbəyə daxil olmuş, müvafiq qərarla icraata başlanılmış və tələbin könüllü icrası ilə bağlı borclunun icra sənədində qeyd olunan ünvana bildiriş göndərilmiş, eyni zamanda bu barədə tələbkara və məhkəməyə məlumat verilmişdir. Boclu Borclu istifadəsində olan nömrələrlə dəfələrlə əlaqə saxlanılmış və sms bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq borclu icra məmurunun çağırışlarına məhəl qoymamış, şöbəyə gəlməkdən boyun qaçırmışdır.Bu səbəbdən də icra sənədində göstərilən tələbin həyata keçirilməsi mümkün olmamışdır. Odur ki, borclu şəxsin məcburi qaydada şöbəyə gətirilməsi zərurəti yaranmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçrildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Ona görə də Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-115/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə Borclu barəsində məcburi gətirilmə tədbirinin tətbiq olunması məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən, o, təqdimatın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq təqdimatı vermiş icra məmuru və icra sənədi üzrə tərəflər səbəbini bildirmədən məhkəməyə gəlmədiyindən məhkəmə təqdimata Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı tədqiq edərək işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqdimat təmin olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmə qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, borclu icra sənədini uzun müddət ərzində icra etmədiyindən və icra məmurunun çağırışına baxmayaraq Abşeron rayon İcra və Probasiya Şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayındığından təqdimat təmin edilməli, xx.xx.1970-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Borclu barəsində məcburi gətirilmə tədbiri tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin 2(040)-115/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar olaraq, xx.xx.1970-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 2ayan Borclu məcburi qaydada Abşeron rayon İcra və Probasiya Şöbəsinə gətirilsin. Qərardadın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar